17-04-2025, 11:48 309

Qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin DİQQƏTİNƏ!

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib.

Bu barədə AVESTA.AZ-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2025-ci il aprelin 17-dən 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 20 fevral - 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.

Müsabiqədə iştirak ödənişlidir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı DİM-in göstərdiyi ödənişli xidmətlər haqqında məlumat

"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Qeyd: Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 20 fevral -5 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı "Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm" bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.

Qeyd: Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək.

Qeyd: I ixtisas qrupu üzrə həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər ikinci mərhələnin birinci cəhdində bir, ikinci cəhdində isə digər altqrupu seçə bilərlər. Abituriyentlər istəklərindən asılı olaraq hər iki cəhddə eyni altqrup üzrə də iştirak edə bilərlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

Paylaş

Xəbər lenti

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı Bu gün, 11:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü Bu gün, 11:48 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb Bu gün, 11:48 İTV 21 yaşını qeyd edir Bu gün, 11:48 Sürücülərə həftəsonu ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu gün, 10:48 Kəmaləddin Heydərovdan yeni təyinat: Vəzifəyə mayor gətirildi Bu gün, 10:48 Tramp Venesuelanın neft ehtiyatlarının ABŞ-nin nəzarətinə keçdiyini bəyan edib Bu gün, 10:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb Bu gün, 10:48 Azərbaycan manatı ilə bağlı MÜHÜM AÇIQLAMA - Bu hal ilk devalvasiyası ərəfəsində qeydə alınıb Bu gün, 10:48 Azərbaycan və Rusiya Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişafını müzakirə ediblər Bu gün, 10:48 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu Bu gün, 10:48 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? Bu gün, 09:48 Boşandıqdan sonra soyadı dəyişdirmək məcburi deyil - Qanun nə deyir? Bu gün, 09:48 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir Bu gün, 09:48 "Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama Bu gün, 09:48 "Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir Bu gün, 09:48 Sürücülərə həftəson ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu gün, 09:48 Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik Bu gün, 08:48 Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq Bu gün, 08:48 Tərtərdə kişi su kanalında boğulub Bu gün, 08:48 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər Bu gün, 08:48 Bakıda Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün 104-cü ildönümü münasibətilə tədbir keçirilib Bu gün, 00:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından... Dünən, 23:48 Dünyanın ən gənc kralı 34 yaşında vəfat etdi Dünən, 23:48 Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı Dünən, 23:48 "Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb Dünən, 23:48 Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir Dünən, 23:48 Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub Dünən, 23:48 Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə qarşılaşacaq Dünən, 23:48 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA Dünən, 22:48 Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ Dünən, 22:48 FİFA DÇ-2026 finalında dava salan argentinalı futbolçuların cəzasını yüngülləşdirdi Dünən, 22:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - 15 sentyabrdan... Dünən, 22:48 Müctəba Xameneinin müraciəti yayılıb Dünən, 22:48 Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər Dünən, 21:48 Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Dünən, 21:48 Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ Dünən, 21:48 Bir sinifdən 13 nəfər "Tibb"ə qəbul oldu: Məzunlardan biri 700 bal toplayıb Dünən, 21:48 Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? Dünən, 20:48 Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO Dünən, 20:48 Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? - RƏSMİ CAVAB Dünən, 20:48 Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU: "Mismarla gözünü çıxarmaq istəyirdim" Dünən, 20:48 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu Dünən, 20:48 Mirziyoyev ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb Dünən, 19:48 Ömrü uzatmağa kömək edən 30 saniyəlik sadə hərəkət Dünən, 19:48 Mirziyoyev: Tələbə qızların sayının artması Özbəkistanda Üçüncü İntibah dövrünün əlamətidir Dünən, 19:48 Azərbaycan Polşaya etiraz etdi: Səfir XİN-ə çağırıldı Dünən, 19:48 Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR