28-04-2025, 14:48 316

Mayın 28-dək meteor yağışı olacaq

Mayın 28-dək η-Aquariid meteor yağışı aktiv olacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından AVESTA.AZ-ə verilən xəbərə görə, yağışın maksimumu isə mayın 6-da gözlənilir.

η-Aquariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər - "axan ulduzlar" əmələ gətirir.

η-Aquariid yağışının mənşəyi Halley kometidir. Bu, astronomiyada müşahidə olunmuş ən qədim kometlərdən biridir. Maraqlıdır ki, Halley kometi həm mayda müşahidə olunan η-Aquariid, həm də oktyabrda baş verən Orionid meteor yağışlarının səbəbidir.

Halley kometinin Günəş ətrafında dolanma periodu 76 ildir. O, son dəfə 1986-cı ildə görünüb. Növbəti dəfə 2061-ci ildə görünəcək. Məşhur ingilis astronomu Edmond Halley 1705-ci ildə bu kometin 1531, 1607 və 1682-ci illərdə görünən kometlərlə eyni cisim olduğunu sübut edib. Onun şərəfinə kometin adı Halley adlandırılıb.

Meteor yağışı mənbəyi (radiantı) Dolça (Aquarius) bürcündə η-Aquariid ulduzunun yaxınlığında olduğu üçün bu adı alıb. Meteorların trayektoriyası göydə bu nöqtədən şüalanırmış kimi görünür, lakin ən yaxşı müşahidə üçün radianta birbaşa yox, 30-40° uzaq sahəyə baxmaq tövsiyə olunur.

η-Aquariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı mayın 5-dən 6-na keçən gecə saat 02:15-05:00 arası olacaq. Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər.

η-Aquariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir.

Paylaş

Xəbər lenti

Azərbaycanda bu sürücülər üçün imtahan keçiriləcək - DİM açıqladı Bu gün, 13:49 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Bu gün, 13:49 Sabah Bakıda 23 dərəcə isti olacaq Bu gün, 13:48 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia Bu gün, 13:48 ABŞ-də yaşayış ərazisinə təyyarə düşüb: 9 nəfər ölüb Bu gün, 13:48 Dəniz quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirdi Bu gün, 13:48 Nənələrin sevimli aksesuarı yenidən dəbə minir Bu gün, 13:48 Payızda ürəyi riskə atmadan idman etməyin YOLU AÇIQLANDI Bu gün, 13:48 "Qırmızı kitab"a düşmüş quş sərnişin təyyarəsinin işıqlarını zədələyib Bu gün, 13:48 Əvvəl 9 idi, indi 26 oldu - İstilik mövsümünə tez başlanılan rayonların sayı artırıldı Bu gün, 12:48 İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb Bu gün, 12:48 Əziz Ələkbərli: Qərbi Azərbaycana köçürülən ermənilər əcdadlarımıza məxsus dini abidələri ələ keçiriblər Bu gün, 12:48 Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq? Bu gün, 12:48 Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir Bu gün, 12:48 Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib Bu gün, 12:48 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - RƏSMİ Bu gün, 12:48 Oğuzda meşədə yanmış kişi meyiti tapılıb Bu gün, 11:48 BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib Bu gün, 11:48 Pensiya alanların DİQQƏTİNƏ: Gələn il artımlar belə hesablancaq Bu gün, 11:48 Sumqayıtda 5 maşın toqquşdu - Zəncirvari qəza Bu gün, 11:48 Harri Keyn üçün qızıldan butslar hazırlandı Bu gün, 11:48 Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir Bu gün, 10:48 İşdən çıxarılan şəxslərin kreditini dövlət ödəyəcək - ŞAD XƏBƏR Bu gün, 10:48 Azərbaycan sərhədçilərinə atəş açan şəxs zərərsizləşdirildi - Foto Bu gün, 10:48 BDU: Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək Bu gün, 10:48 Kimi Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub Bu gün, 10:48 ABŞ-də biznes-jet yaşayış massivinə çırpıldı: 9 nəfər ölüb Bu gün, 09:48 Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək Bu gün, 09:48 Nazirlər Milli Məclisə toplaşırlar Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir Bu gün, 09:48 "28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb Bu gün, 09:48 Birinci vitse-prezident Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib Bu gün, 08:48 Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? Bu gün, 08:48 Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR Bu gün, 08:48 Şamaxıda dəmirçilik ənənəsi yox olmaq təhlükəsi ilə üz-üzə Bu gün, 08:48 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi Bu gün, 08:48 Soyuq duş qəbul etmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? Bu gün, 08:48 70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi: Sənətkarın son ad günü necə keçdi? Bu gün, 08:48 Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir Bu gün, 00:48 Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi Dünən, 23:48 " Oyunu dəyişən adam": Harri Keyni "Qızıl top"a aparan uğur hekayəsi Dünən, 23:48 Ukrayna ordusunun hücumu nəticəsində Rusiyada sənaye müəssisəsinə ziyan dəyib Dünən, 23:48 Gəncədə 35 yaşlı kişinin meyiti dostunun evində tapıldı Dünən, 22:48 Kiyevliləri çətin qış gözləyə bilər Dünən, 22:48 Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb Dünən, 22:48 Pervin Buldan Öcalanın köçürüldüyü yeni məkanla bağlı açıqlama verib Dünən, 21:48 Fransada etiraz aksiyalarında 78 nəfər xəsarət alıb Dünən, 21:48 İlon Mask: Mars ABŞ-nin bir hissəsi olacaq Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR