29-05-2025, 11:48 280

Ali Məhkəmə

Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qərar Ali Məhkəmədə baxılan cinayət işi üzrə verilib. 

İşin hallarına görə, şəxs xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək barələrində şikayət verilən şəxslərin Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edib. Şəxs şikayətində qarşı tərəfin "Tiktok" sosial şəbəkəsində yayımlanan sosial platformada onun barəsində təhqir və böhtan məzmunlu məlumatlar yaymaqla onun şərəf və ləyaqətini alçaltdıqlarını qeyd edib. 

Barələrində şikayət verilən şəxslər Ağcabədi Rayon Məhkəməsinin bütün hakimlərinə etiraz verdiklərinə görə, etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən etirazın təmin edilməsi və materialın baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.

Lakin Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə xüsusilə ona əsaslanıb ki, xüsusi ittiham qaydasında şikayətə görə şəxsin böhtan və təhqir kimi səciyyələndirdiyi məlumatları barələrində şikayət verilən şəxslərin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonunda yerləşən internet informasiya ehtiyatı olan MMC-də edilən çıxışlarda yayıb. Tərəfin biri MMC-nin direktoru, digəri isə həmin MMC-də müxbirdir. Laçın Rayon Məhkəməsinin qənaətinə görə nə qədər ki, şikayətdə böhtan və təhqir kimi səciyyələndirilən məlumatlar "internet informasiya ehtiyatı olan MMC-də edilən çıxışlarda" yayılıb və bu MMC-nin Azərbaycan Respublikasındakı hüquqi ünvanı bəlli olmaqla Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşir, xüsusi ittiham qaydasında şikayətə yurisdiksiyası bu inzibati ərazi vahidinə şamil edilən Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. 

Yasamal Rayon Məhkəməsi MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu olsa da, xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərə əsasən təhqir və böhtan kimi səciyyələndirilən məlumatların barəsində şikayət verilən şəxslər tərəfindən "Tiktok" sosial şəbəkəsində yayımlandığını, həmin şəxslərin yaşayış yerlərinin Ağcabədi rayonu olduğunu nəzərə alıb materialın ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə aid olması, lakin həmin məhkəmədə fəaliyyət göstərən bütün hakimlərə etirazın təmin edilməsi səbəbindən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Laçın Rayon Məhkəməsinə göndərildiyinə görə məhz Laçın Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib. Məhkəmənin hazırlıq iclasının qərarı ilə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün materialı Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edilib. 

Ali Məhkəmənin mövqeyi:

Ali Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb. 

Ali Məhkəmənin əsaslandırması:

1.Laçın Rayon Məhkəməsi qanunvericiliyin müddəalarına əsaslanmadan, "Tiktok" sosial şəbəkəsində açılmış hesabı "***" MMC-nin (hüquqi şəxsin) sahib olduğu internet informasiya ehtiyatı kimi qiymətləndirib. 

2. Laçın Rayon Məhkəməsi CM-in 147.1 və 148-ci maddələrinin dispozisiyalarında göstərilən "internet informasiya ehtiyatı" anlayışının düzgün hüquqi xarakteristikasının verilməsi üçün vacib olan normativ aktların müddəalarını nəzərdən keçirməyib, nəticədə MMC-yə aid, yəni məhz hüquqi şəxs olaraq MMC-nin sahib olduğu domen adının "Reyestr"də qeydə alınıb-alınmadığını müəyyən etmədən, adı "tiktok.com/@*******.az" işarələrindən təşkil olunaraq "Tiktok" sosial şəbəkəsində açılmış hesabı (MMC-nin adı ilə istifadəçi hesabının adı arasındakı zahiri oxşarlıqdan çıxış etməklə) hüquqi şəxsin ("***" MMC-nin) internet informasiya ehtiyatı kimi səciyyələndirib.

3. Eynilə Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarında "***" MMC-nin və ya onun sahib olduğu hər hansı bir resursun - media subyekti və yaxud işçisinin - jurnalist olaraq qəbul edilməsinə əsas verən hallara da istinad olunmayıb.

4.Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarında "***" MMC adlı hüquqi şəxsin və ya onun sahib olduğu hər hansı internet informasiya ehtiyatının media subyekti olaraq, MMC-nin işçisinin isə jurnalist qismində "Media Reyestri"ndə qeyd olunduğunu təsdiq edən məlumatlar göstərilməyib.

5. Məhkəmənin xüsusi ittiham qaydasında şikayətin ərazi aidiyyəti məsələsi üzrə nəticəyə gələrkən MMC-nin (hüquqi şəxsin) qeydiyyata alındığı hüquqi ünvanı əsas götürməsi və materialı yurisdiksiyası həmin ünvana şamil edilən Yasamal Rayon Məhkəməsinə göndərməsi əsassız olub.

6. Xüsusi ittiham qaydasında şikayətin ərazi üzrə aidiyyət məsələsi həll edilərkən məhkəmələrin hazırlıq iclasında malik olduqları məlumatlar əsas götürülməli və həmin mənbələrə əsasən bu məlumatların "Tiktok" sosial şəbəkəsində yayılması, bu internet informasiya ehtiyatının qeydiyyat yerinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin yaşayış yerinin isə Ağcabədi rayonu olması nəzərə alınmalı, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarının 12-ci bəndinin "Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır" müddəası rəhbər tutulmalı, müvafiq olaraq da xüsusi ittiham qaydasında şikayətin aid olduğu birinci instansiya məhkəməsi kimi Ağcabədi Rayon Məhkəməsi qəbul edilməlidir. 

7. Lakin barələrində şikayət verilən şəxslərin CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətin ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə aid olmasına baxmayaraq, Şirvan Apellyasiya Məhkəməsi hakiminin qərarı ilə Ağcabədi Rayon Məhkəməsində fəaliyyət göstərən hakimlərə edilmiş etirazlar təmin edilərək materiala baxmalı olan birinci instansiya məhkəməsi qismində Laçın Rayon Məhkəməsi müəyyən edildiyindən, müvafiq material hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir.

Paylaş

Xəbər lenti

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək Bu gün, 12:48 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub Bu gün, 12:48 Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək" Bu gün, 12:48 Gökhan Özen: "Gözümdən əməliyyat olundum, dedilər botoks etdirmişəm" Bu gün, 12:48 Süni intellektlə şirkət rəhbərlərini təqlid edərək 130 milyon dollarlıq dələduzluq etdilər Bu gün, 12:48 Yasamalda boru partlayıb, su küçəboyu fontan vurur Bu gün, 12:48 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər Bu gün, 12:48 AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir Bu gün, 12:48 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakim açıqladı Bu gün, 11:48 NETTY 2026 ərizə qəbulu elan edilib Bu gün, 11:48 Nostradamusun 2027-ci il proqnozları üzə çıxdı - Müharibə, qızılın bahalaşması... Bu gün, 11:48 "İrşad" Zəfər sevincini "Şad Günlər"lə qeyd edir! Bu gün, 11:48 Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı Bu gün, 11:48 Bu şəxslər üçün yeni yaşayış evləri tikiləcək Bu gün, 11:48 Kamilo Durandan Azərbaycan bayrağı açan azarkeşə jest - ANBAAN VİDEO Bu gün, 11:48 Qobustanda göbələkdən zəhərlənənlərin son durumu Bu gün, 11:48 Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir Bu gün, 11:48 Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib Bu gün, 11:48 Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək Bu gün, 11:48 Toy üçün qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - YENİ QİYMƏTLƏR Bu gün, 11:48 Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq? Bu gün, 11:48 ADY-yə məxsus nasosda problem yarandı, tuneli su basdı Bu gün, 11:48 Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir Bu gün, 11:48 Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar Bu gün, 09:48 Azərbaycanlı ictimai və siyasi xadim Heydər Camalın doğum günüdür Bu gün, 09:48 Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb Bu gün, 09:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq Bu gün, 09:48 Azərbaycanlı xanəndənin həyat yoldaşı bu səbəbdən həbs edildi Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XI tura start verilir Bu gün, 09:48 Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb Bu gün, 08:48 Bakıda bu ünvanlarda işıq olmayacaq Bu gün, 08:48 UEFA Avropa Liqası: "Trabzonspor" öz meydanında, "Beşiktaş" isə səfərdə uduzdu Bu gün, 08:48 Türkiyənin sabiq naziri həbs edildi Bu gün, 08:48 Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR