
"Real Madrid", "Liverpul"un gənc futbolçusu və İngiltərə millisinin müdafiəçisi Trent Alexander-Arnold ilə müqavilə imzaladığını açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, futbolçu klub ilə 2031-ci ilin iyunun sonuna kimi müqavilə imzalayıb.
Xatırladaq ki, mayın 5-də futbolçu "Liverpul"dan ayrıldığını açıqlayıb. 26 yaşlı Trent Mersisaydlıların heyətində 352 oyun keçirib, 23 qol vurub və 92 məhsuldar ötürmə edib.
Daha əvvəl bildirilirdi ki, "Liverpul" Alexander-Arnold-u Klublararası Dünya Çempionatı öncəsi "Real Madrid"ə buraxmaq niyyətində deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.