
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Xaçmaz rayonunun Qadaşoba kəndində qətl hadisəsi baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızı çoxsaylı bıçaq zərbələri alaraq qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, qətli törətməkdə onun oğlu şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.