16-07-2025, 20:48 320

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da "Sea Breeze" istirahət mərkəzində olublar.

BAKU.WS xəbər verir ki, "Sea Breeze"in təsisçisi Emin Ağalarov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə Xəzər dənizinin sahilində yerləşən kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat verib.

Qeyd olunub ki, bu istirahət mərkəzini paytaxtdan cəmi 30 dəqiqəlik məsafə ayırır. Müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən "Sea Breeze" dünyada nadir layihə hesab olunur. Burada indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilərək istifadəyə verilib, 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Bundan başqa, ərazidə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımada da yaradılacaq.

"Sea Breeze"də artıq 20 min sakin yaşayır. 2028-ci ilə qədər isə onların sayı 50 mindən çox olacaq. Layihə tam yekunlaşdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq.

"Sea Breeze"də sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub. Belə ki, burada istirahət zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb, məktəb, uşaq bağçası, xəstəxana tikilib, təxminən 10 milyon bitki və ağac əkilərək, yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatdırılıb. Hazırda 500 hektar ərazini əhatə edən "Sea Breeze"in əsas layihələri sahilboyu yerləşir.

"Sea Breeze"in ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin xeyli artırılması planlaşdırılır. Layihəyə yatırılan ümumi investisiyanın məbləği 3 milyard ABŞ dollarına çatıb. Növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayənin cəlb olunması planlaşdırılır.

Paylaş

Xəbər lenti

Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" Bu gün, 00:48 Bu bürcdən olan xanımlar daha çox qeybət etməyə meylli olur Bu gün, 00:48 Paytaxtın iki rayonunda su olmayacaq Dünən, 23:48 Maduronun müttəfiqi ABŞ-də çirkli pulların yuyulması ittihamını etiraf edib Dünən, 23:48 Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb Dünən, 23:48 Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək Dünən, 23:48 Yəmən ordusu husilərin mövqelərinə hücumu gücləndirib Dünən, 23:48 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi Dünən, 22:48 Parisin keçmiş meri İdalqo uşaqlara qarşı zorakılığa görə şəxsi məsuliyyətini qəbul etməyib Dünən, 22:48 Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb Dünən, 22:48 Sabah bəzi ərazilərində işıq olmayacaq Dünən, 22:48 Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir Dünən, 21:48 Anar Bayramov daha bir xəstəxananın direktorunu işdən çıxardı Dünən, 21:48 Yəmən müharibəsində ən sirli fiqur: General Şəhlayi kimdir? Dünən, 21:48 Heydər məscidinin imamı: Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəyib Dünən, 21:48 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi Dünən, 21:48 Müqəddəs kitabların təhqir edilməsi və qlobal ikili standartlar - "İslamın mahiyyəti sülh və ədalətdir" Dünən, 20:48 Zahid Oruc: "Tarixi irsimizi mənimsəyə bilməzlər" Dünən, 20:48 Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib Dünən, 20:48 Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" Dünən, 20:48 Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır" Dünən, 19:48 Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir Dünən, 19:48 Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA Dünən, 19:48 Politoloq: "Ermənilərin tarixi faktları silmə cəhdləri uğursuzluqla başa çatacaq" Dünən, 19:48 Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10 Dünən, 18:48 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:48 Eşqləri cəmi 1 ay çəkdi - Məşhur aktrisa futbolçu sevgilisindən ayrıldı Dünən, 18:48 Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi? Dünən, 18:48 AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib Dünən, 18:48 Zahid Oruc: "Qarabağ uğrunda mübarizənin məzmunu dəyişir" Dünən, 18:48 Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir" Dünən, 18:48 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Dünən, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Dünən, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Dünən, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Dünən, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Dünən, 17:48 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Dünən, 17:48 "Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc Dünən, 17:48 İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi Dünən, 17:48 Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Dünən, 17:48 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi Dünən, 17:48 Nazilə Səfərlidən ETİRAZ: "Hər uşağın bir sürücüsü var, niyə?" Dünən, 17:48 8 Noyabr prospektində səki çöküb Dünən, 17:48 Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq Dünən, 16:48 Prezident: Biz hər zaman çalışmışıq İslam həmrəyliyini əməli-praktiki addımlarla gücləndirək Dünən, 16:48 Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı Dünən, 15:48 Azərbaycan Türkiyəyə COP31-lə bağlı böyük dəstək verir Dünən, 15:48 Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR