28-07-2025, 18:48 553

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi keçirilib

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Musyafayev, onun köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fuad Babayevin vəkili vəsatət verib.

O, "GİRASOL Holdinq"lə bağlı bəzi sənədlərin sübutlar siyahısına əlavə olunmasını xahiş edib. Vəsatət təmin olunub və həmin sənədlər cinayət işinin materiallarına əlavə edilib.

İlqar Mustafayevin vəkili bildirib ki, "Mirvari" və "Şəfəq" adlı gəmilərdən gələn vəsaitin təqsirləndirilən tərəfindən mənimsəndiyi iddia olunub. Bildirib ki, sənədlərdə 8-10 min insanın həmin gəmilərdə 2020-ci ildə səyahət etdiyi göstərilib. Cədvəldə bir ayda 7 min nəfərin səyahət etdiyi də qeyd edilib. Qeyd olunub ki, o zaman pandemiya olduğu üçün bu, mümkün ola bilməzdi.

Vəkil gəmilərin tabe olduğu qurumdan və Bulvar İdarəsindən bu məsələ ilə bağlı məlumatların əldə olunmasını və məhkəməyə təqdim edilməsini xahiş edib.

Bulvar İdarəsinin nümayəndəsi həmin sənədlərin təqdim ediləcəyini bildirib.

Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini təklif edib.

Məhkəmənin qərarına əsasən vəsatət sənədlərin təqdim edilməsi mərhələsinədək baxılmamış saxlanılıb.

Proses avqustun 18-dək təxirə salınıb.

Qeyd edək ki, "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Paylaş

Xəbər lenti

Azərbaycanda quzu əti bahalaşdı Dünən, 23:48 Ermənistan ordusunun hərbi qulluqçusu öldü Dünən, 23:48 Venesuelada ABŞ-nin hərbi bazası yaradıla bilər Dünən, 23:48 ABŞ üç ölkə ilə müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə edəcək Dünən, 23:48 Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır Dünən, 23:48 "Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb Dünən, 23:48 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı Dünən, 22:48 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib Dünən, 22:48 Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir Dünən, 22:48 Putin: Rusiya birbaşa hücuma bütün mümkün vasitələrlə cavab verəcək Dünən, 22:48 Gəncədə avtomobil aşıb, xəsarət alanlar var Dünən, 22:48 Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb Dünən, 22:48 "Bloomberg": Rusiya və Ukrayna Qara dənizdə atəşkəslə bağlı yeni danışıqlar aparacaq Dünən, 21:48 Sürücülərin nəzərinə: Bu yol bağlanır Dünən, 21:48 Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada olublar Dünən, 21:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 176 mindən çox mənzil... Dünən, 21:48 "Haber Global": "Birliyin Gücü - 2026" birgə hərbi təlimi uğurla başa çatdı" Dünən, 21:48 Bakının ən bahalı ünvanları: Şok qiymətlər Dünən, 20:48 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır Dünən, 20:48 İran neft bazarında şok: Tankerlər boş qaldı Dünən, 20:48 Onlayn kreditlərlə bağlı vacib addım - Yeni qərar nələri dəyişəcək? Dünən, 20:48 Yeni binalar istilik sisteminə necə qoşula bilər? - RƏSMİ Dünən, 20:48 Azərbaycanın U-17 qızları yenə böyükhesablı məğlubiyyətlə üzləşib Dünən, 20:48 Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub Dünən, 19:48 Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb Dünən, 19:48 Bakıdan Şamaxıya işləməyə gedən müəllimə: "İlk dəfə gələndə ağladım" Dünən, 19:48 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı Dünən, 19:48 Daha bir rayonda yollar əsaslı TƏMİR OLUNACAQ Dünən, 19:48 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 18:48 Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? Dünən, 18:48 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib Dünən, 18:48 Bu deputatın mandatı ləğv edildi Dünən, 18:48 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" Dünən, 18:48 Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb Dünən, 18:48 Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB Dünən, 18:48 Bakı–Tbilisi–Bakı qatarı ilə bağlı ŞAD XƏBƏR - Həm ucuzlaşdı, həm də... Dünən, 17:49 Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub Dünən, 17:48 SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb Dünən, 17:48 Fıstığın yaşlı insanlar üçün inanılmaz faydası üzə çıxıb Dünən, 17:48 Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimində yekun mərhələ Dünən, 17:48 Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır Dünən, 17:48 Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var Dünən, 16:48 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar? Dünən, 16:48 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Dünən, 16:48 Daha bir yolda mikromobillik zolağı təşkil olundu Dünən, 16:48 Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndiriləcək - Kimlər imtahan verməyəcək? Dünən, 16:48 Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ Dünən, 16:48 Öskürək zamanı bu iki qidadan uzaq durmaq tövsiyə olunur Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR