
Tovuz rayonunda avtomobil yolları əsaslı təmir olunacaq. İşlərin büdcədənkənar vəsaitlər hesabına həyata keçirilməsi nəzərdə tutulur.
AVESTA.AZ-in məlumatına görə, bununla bağlı satınalmanı Tovuz Rayon İcra Hakimiyyəti elan edib.
Layihənin ehtimal olunan qiyməti 291 789 manat müəyyənləşdirilib.
Qeyd edək ki, yolların əsaslı təmiri Tovuz rayonunun Rahib Quluyev, Məhər Quluyev, Dilqəm Qurbanov, Xəqani, Aşıq Şəmşir və digər küçələrini əhatə edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.