Bu gün, 17:49 88

Bakı–Tbilisi–Bakı qatarı ilə bağlı ŞAD XƏBƏR - Həm ucuzlaşdı, həm də...

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.

Bu barədə BAKU.WS-ə ADY-dən bildirilib.

Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək. Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Bu isə 50 %-ə yaxın artım deməkdir.

Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim ediləcək. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 manatdan başlayır. Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 % daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən Tbilisiyə isə 36 manat təşkil edir.

Müqayisə üçün qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50 manat, Gəncədən isə 56,80 manatdır. Əlavə reyslərə bilet satışına oktyabrın 2-dən başlanılacaq.

Məlumata əsasən, əlavə reyslərlə sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da təqdim ediləcək. Bununla da sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə öz planlarına uyğun səfər vaxtını seçə biləcəklər.

Yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı–Tbilisi–Bakı qatarı paytaxtdan saat 23:00-da yola düşməklə növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 11:00-da yola düşərək saat 20:26-da Bakı Dəmiryol Vağzalında olacaq.

Yeni reys üzrə qatar isə Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da hərəkətə başlayacaq və növbəti gün saat 07:57-də Bakıda olacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışı prosesinin daha da təkmilləşdirilməsi, həmçinin mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir sıra yeniliklər edilib. Belə ki, ADY-nin veb-saytı və "ADY Mobile" tətbiqində qeydiyyatdan keçmiş sərnişinlər şəxsi kabinet məlumatlarını "MyGov ID"dən istifadə etməklə verifikasiya etməlidirlər. Bu addım sərnişinlərin maraqlarının qorunmasına və onlayn bilet alışının daha etibarlı təşkilinə xidmət edir. Şəxsi kabinet sahibləri müvafiq bölməyə FİN kodu daxil etdikdən sonra bütün zəruri məlumatlar əks olunacaq. Bilet alışı üçün şəxsi kabinetin verifikasiyası mütləq tamamlanmalıdır.

Xarici ölkə vətəndaşları isə vətəndaşı olduğu ölkənin adını və həmin ölkəyə aid telefon nömrəsini müvafiq bölməyə daxil etməlidirlər. Telefon nömrəsi SMS vasitəsilə göndərilən OTP kodu ilə təsdiqləndikdən sonra şəxsi məlumatları dəyişdirmək olar. Bundan əvvəl qeydiyyatdan keçmiş istifadəçilər də bilet almaq üçün telefon nömrəsini OTP vasitəsilə təsdiqlətməlidirlər.

"Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsi tərəflərin uzun müddət davam edən birgə zəruri hazırlıq, texniki və təşkilati işləri başa çatdırmasından sonra mümkün olub", - məlumatda qeyd olunub.

Paylaş

Xəbər lenti

"Bloomberg": Rusiya və Ukrayna Qara dənizdə atəşkəslə bağlı yeni danışıqlar aparacaq Bu gün, 21:48 Sürücülərin nəzərinə: Bu yol bağlanır Bu gün, 21:48 Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada olublar Bu gün, 21:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 176 mindən çox mənzil... Bu gün, 21:48 "Haber Global": "Birliyin Gücü - 2026" birgə hərbi təlimi uğurla başa çatdı" Bu gün, 21:48 Bakının ən bahalı ünvanları: Şok qiymətlər Bu gün, 20:48 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır Bu gün, 20:48 İran neft bazarında şok: Tankerlər boş qaldı Bu gün, 20:48 Onlayn kreditlərlə bağlı vacib addım - Yeni qərar nələri dəyişəcək? Bu gün, 20:48 Yeni binalar istilik sisteminə necə qoşula bilər? - RƏSMİ Bu gün, 20:48 Azərbaycanın U-17 qızları yenə böyükhesablı məğlubiyyətlə üzləşib Bu gün, 20:48 Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub Bu gün, 19:48 Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb Bu gün, 19:48 Bakıdan Şamaxıya işləməyə gedən müəllimə: "İlk dəfə gələndə ağladım" Bu gün, 19:48 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı Bu gün, 19:48 Daha bir rayonda yollar əsaslı TƏMİR OLUNACAQ Bu gün, 19:48 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib Bu gün, 18:48 Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? Bu gün, 18:48 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 18:48 Bu deputatın mandatı ləğv edildi Bu gün, 18:48 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" Bu gün, 18:48 Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb Bu gün, 18:48 Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB Bu gün, 18:48 Bakı–Tbilisi–Bakı qatarı ilə bağlı ŞAD XƏBƏR - Həm ucuzlaşdı, həm də... Bu gün, 17:49 Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub Bu gün, 17:48 SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb Bu gün, 17:48 Fıstığın yaşlı insanlar üçün inanılmaz faydası üzə çıxıb Bu gün, 17:48 Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimində yekun mərhələ Bu gün, 17:48 Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır Bu gün, 17:48 Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var Bu gün, 16:48 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar? Bu gün, 16:48 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Bu gün, 16:48 Daha bir yolda mikromobillik zolağı təşkil olundu Bu gün, 16:48 Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndiriləcək - Kimlər imtahan verməyəcək? Bu gün, 16:48 Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Öskürək zamanı bu iki qidadan uzaq durmaq tövsiyə olunur Bu gün, 16:48 Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 16:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib Bu gün, 16:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Sentyabr ayının reytinq cədvəli açıqlanıb Bu gün, 15:48 "Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir Bu gün, 15:48 Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan və Yunanıstan turizm sahəsində 3 illik fəaliyyət planı imzalayıb Bu gün, 15:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə XƏBƏRDARLIQ Bu gün, 15:48 Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı Bu gün, 15:48 Yaşar Gülər: Sülhü qorumaq üçün müharibəyə hazır olmalıyıq Bu gün, 15:48 57 yaşlı müğənni reanimasiyadan çıxdı - Ona qaraciyər köçürüləcək Bu gün, 15:48 Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da Bu gün, 15:48 Yeniyetmə oğlan infarktdan öldü Bu gün, 14:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR