
"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasına növbəti "Airbus A320neo" təyyarəsini əlavə edib.
AVESTA.AZ AZAL-a istinadən xəbər verir ki, bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi ikinci "A321neo", 5-ci hava gəmisidir.
"Daha müasir salon, yüksək sürətli "Wi-Fi", bortdaxili əyləncə və daha səmərəli uçuş texnologiyaları ilə səyahət təcrübənizi bir addım da irəli aparırıq. Yeni təyyarəmiz əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 % daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir", - məlumatda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.