Bu gün, 22:48 79

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir.

Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçün müəyyənləşdirilən hədəflər bir-biri ilə əlaqəli şəkildə təhlil olunur.

Burada əsas məqam ondan ibarətdir ki, Zəfər Azərbaycanın tarixində mühüm bir səhifəni başlasa da, qarşıda daha böyük məsuliyyət və yeni vəzifələr dayanır. YAP-ın VIII qurultayının siyasi əhəmiyyəti də məhz bu məqamla bağlıdır.

Partiyanın yaradılmasının 34-cü ildönümünə yaxın dövrdə keçirilən qurultay müstəqil Azərbaycanın siyasi tarixinin müxtəlif mərhələlərinə nəzər salmaq, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xəttinin davamlılığını və yeni şəraitdə qarşıya çıxan çağırışları dəyərləndirmək baxımından xüsusi məna daşıyır.

1992-ci ilin noyabrında Naxçıvanda, ölkənin ağır siyasi, iqtisadi və hərbi böhran yaşadığı bir vaxtda yaradılan Yeni Azərbaycan Partiyası həmin dövrdə cəmiyyətdə sabitlik və güclü dövlət idarəçiliyi tələbinin siyasi ifadəsinə çevrilmişdi.

Azərbaycanın müstəqilliyinin təhlükə altında olduğu, torpaqlarımızın işğal edildiyi, daxili qarşıdurmanın dövlətçiliyi sarsıtdığı şəraitdə Heydər Əliyevin siyasi səhnəyə qayıdışı ölkənin gələcək inkişafında həlledici rol oynadı.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həmin strateji xəttin yeni dövrün tələblərinə uyğun davam etdirilməsi və zənginləşdirilməsi ilə xarakterizə olunur.

BAKU.WS xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib.

Deputat bildirilib ki, ölkənin iqtisadi potensialının artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müasir ordu quruculuğu və diplomatik imkanların genişləndirilməsi uzunmüddətli dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi.

Bu prosesin ən mühüm nəticəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi oldu.

44 günlük Vətən müharibəsində qazanılan Qələbə yalnız hərbi uğur deyildi; o, onilliklər ərzində aparılmış dövlət quruculuğunun, iqtisadi güclənmənin, diplomatik fəaliyyətin və milli həmrəyliyin nəticəsi idi. 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası isə bu tarixi prosesin mühüm yekun mərhələsini təşkil etdi.

Prezidentin qurultaydakı çıxışında da vurğulanan əsas məsələlərdən biri budur ki, əldə olunmuş nəticələri qorumaq, yeni təhlükəsizlik mühitinə uyğunlaşmaq və dövlətin müdafiə qabiliyyətini daim gücləndirmək zəruridir.

O deyib ki, Qurultayda səsləndirilən ən mühüm istiqamətlərdən biri də Böyük Qayıdış prosesidir.

Qarabağ və Şərqi Zəngəzurda 96 min insanın yaşaması, çalışması və təhsil alması, bu ərazilərin bərpasına indiyədək 28 milyard manat vəsait ayrılması, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin miqyasını göstərir.

Ancaq Böyük Qayıdışın mahiyyəti yalnız evlərin tikilməsi, yolların çəkilməsi, elektrik və su təchizatının yaradılması ilə bitmir. Bu, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıtması, orada təhlükəsiz və ləyaqətli həyat qurması, məktəblərin, xəstəxanaların, iş yerlərinin və sosial xidmətlərin formalaşdırılması deməkdir.

E.Akimova qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın gələcək inkişafı baxımından da strateji əhəmiyyət daşıyır.

Bu ərazilər ölkənin iqtisadi xəritəsinə yenidən inteqrasiya olunmalı, kənd təsərrüfatı, turizm, sənaye və xidmət sahələrində potensial reallaşdırılmalıdır.

Müasir şəhərsalma prinsipləri, ağıllı kənd və şəhər layihələri, yaşıl enerji imkanları həmin bölgələrin gələcək inkişaf modelini müəyyənləşdirən amillərdir. Ən başlıcası isə qayıdışın davamlı olması, insanların orada yalnız məskunlaşması deyil, öz gələcəklərini də qurmasıdır.

"Bütün bu məsələlər bir-biri ilə sıx bağlıdır: təhlükəsizlik olmadan inkişaf, iqtisadi dayanıqlıq olmadan sosial rifah, güclü dövlət institutları olmadan isə uzunmüddətli sabitlik mümkün deyil.

YAP-ın VIII qurultayında səsləndirilən fikirlər də Azərbaycanın qarşısında duran vəzifələrin məhz bu qarşılıqlı bağlılıq kontekstində dəyərləndirilməsini tələb edir.

Partiyanın qarşısında duran məsuliyyət yalnız siyasi fəaliyyətlə məhdudlaşmır; cəmiyyətlə canlı əlaqə, insanların problemlərinin öyrənilməsi, dövlət siyasətinin mahiyyətinin izahı və ictimai təşəbbüslərin dəstəklənməsi də bu fəaliyyətin mühüm istiqamətləri olmalıdır", - deyə o əlavə edib.

Paylaş

Xəbər lenti

İranda Bəlucistan gərginliyi: Hakimiyyət bölgəyə nəzarəti itirir? Bu gün, 22:48 YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar Bu gün, 22:48 Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb Bu gün, 22:48 Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? - Mütəxəssis açıqladı Bu gün, 22:48 Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı Bu gün, 22:48 "OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı Bu gün, 21:48 Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb Bu gün, 21:48 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək Bu gün, 21:48 Şadlıq evlərində kütləvi zəhərlənmə TƏHLÜKƏSİ - Ekspektdən XƏBƏRDARLIQ Bu gün, 21:48 G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa gəldilər Bu gün, 21:48 İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib Bu gün, 20:48 "Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı Bu gün, 20:48 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı Bu gün, 20:48 Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi Bu gün, 20:48 Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA Bu gün, 20:48 Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib Bu gün, 20:48 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib Bu gün, 19:48 Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib Bu gün, 19:48 Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm Bu gün, 19:48 Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək Bu gün, 19:48 "Azəristiliktəchizat"dan istilik sistemi ilə bağlı VACİB XƏBƏR Bu gün, 19:48 Azərbaycanda ən gənc müəllimin neçə yaşı var? Bu gün, 19:48 Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib Bu gün, 18:48 Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda! Bu gün, 18:48 Bu il neçə uşaq övladlığa və himayədar ailəyə verilib? - RƏSMİ Bu gün, 18:48 Azərbaycan Prezidenti: "Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" Bu gün, 18:48 Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker" həbs olunub Bu gün, 18:48 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var? Bu gün, 17:48 Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq" Bu gün, 17:48 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi Bu gün, 17:48 İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur" Bu gün, 17:48 İlham Əliyev: Azərbaycanın xarici borcu ÜMD-ə nisbətdə 5,6 % təşkil edir, bu dünyada ən aşağı göstəricilərdən biridir Bu gün, 17:48 Pol Aron: "Azərbaycanlı azarkeşlər çox səmimi və xüsusidir" Bu gün, 17:48 Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib Bu gün, 16:48 Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 "Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək Bu gün, 16:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 700 mindən çox vətəndaş... Bu gün, 16:48 İlham Əliyev: Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq Bu gün, 16:48 Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək Bu gün, 16:48 YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib Bu gün, 16:48 Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib Bu gün, 16:48 Bakıda keçirilən "ADEX 2026" və "Securex Caspian" sərgiləri başa çatıb Bu gün, 16:48 Aqrar sahədə dövlətin vəzifələri müəyyənləşir Bu gün, 16:48 Rayonlarda şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA Bu gün, 16:48 2027-ci ildə qiymətlər necə tənzimlənəcək? - Komitə üzvündən AÇIQLAMA Bu gün, 15:48 Zəngilanda ilk dəfə "Qarabağa Qayıdış – İlk Texnika Festivalı" keçirilib Bu gün, 15:48 Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR