
Özbəkistan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasını daha tamhüquqlu institusional struktura çevirmək təklifi ilə çıxış edib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sodi Safoyev Bakıda keçirilən "CAMCA 2026" Regional Forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, regional əməkdaşlığın gücləndirilməsi Mərkəzi Asiyanın cəlbediciliyinin artmasına kömək edir:
"Düşünürəm ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasını başqa bir institusional struktura - sadəcə Məşvərət Şurası deyil, daha böyük struktura çevirməyin vaxtı gəlib çatıb".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.