
Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə AVESTA.AZ-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi aktivləşdirilib.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.