
Yeni Zelandiyada avtobusla səyahət zamanı qadının çamadanından 2 yaşlı qız uşağının tapılması ictimaiyyətdə böyük rezonans doğurub.
BAKU.WS xəbər verir ki, bu barədə Yeni Zelandiya polisi açıqlama yayıb.
Bildirilib ki, sərnişinlərdən biri baqaj bölməsinə daxil olmaq istədikdə çamadanın içindən uşaq səsi eşidilib. Avtobus sürücüsü çamadanın hərəkət etdiyini görərək dərhal aidiyyəti qurumlara məlumat verib.
Çamadan açıldıqda içərisindən 2 yaşlı qız uşağı tapılıb. Uşaq isti hava səbəbindən tər içində olsa da, ciddi fiziki xəsarət almamış vəziyyətdə olub.
Hadisə ilə əlaqədar 27 yaşlı qadın saxlanılıb. O, uşağa qarşı "pis rəftar və səhlənkarlıq" ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.
Qadınla uşağın hansı münasibətdə olduqları isə hələlik açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.