
Sumqayıt şəhərinin 18-ci məhəlləsində yerləşən 34 nömrəli balansda cari təmir işlərinin aparılması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatı dayandırılacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən AVESTA.AZ-ə verilən məlumata görə, qazın verilişi bu gün saat 12:00-dan etibarən müvəqqəti olaraq kəsiləcək.
Təmir işlərinin tamamlanmasının ardından qaz təchizatı bərpa ediləcək.
İstehsalat Birliyi sakinlərə anlayış göstərdiklərinə görə təşəkkür edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.