
Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Çinin "Silk Road Fund Co., Ltd" (SRF) şirkəti arasında birgə investisiya fondunun yaradılmasına dair saziş imzalanıb.
AVESTA.AZ xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Sənədi AİH-in baş icraçı direktoru Ruslan Əlixanov və SRF-in idarəedici direktoru Den Cinxua imzalayıb.
Yeni fond iki ölkə arasında investisiya əməkdaşlığının genişlənməsinə xidmət edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.