24-09-2025, 13:48 252

Naxçıvanda "PUB 011" kafesində baş vermiş mübahisə bıçaqlama hadisəsi sona çatıb.

AVESTA.AZ-in məlumatına görə, hadisə 2024-cü ilin dekabrında Naxçıvan şəhərində baş verib.

Elşad dostları ilə kafedə olarkən Fərahim adlı şəxslə mübahisə edib. Mübahisəyə qarışan Mehran adlı zərərçəkmiş şəxs Elşadı itələyib və nalayiq ifadələr işlədib.

Elşad evə gedərək bıçaq götürüb və qayıdaraq Mehranı qarın nahiyəsindən bıçaqlayıb. Nəticədə Mehranın qaraciyəri zədələnib, daxili qanaxma baş verib və bu, həyat üçün təhlükəli ağır zərər kimi qiymətləndirilib.

Məhkəmədə Elşad ittihamı tam qəbul edib və peşman olduğunu bildirib. O, hadisəni özünümüdafiə kimi izah edib, lakin Mehranı ilk dəfə gördüyünü və aralarında ədavət olmadığını qeyd edib.

Zərərçəkmiş Mehran da ifadəsində Elşadla barışdıqlarını, şikayətinin olmadığını və maddi ziyanın qarşılandığını söyləyib. Şahidlər (Fərahim, Nihad, Suad və Bəylər) hadisənin təfərrüatlarını təsdiqləyiblər, lakin bıçaqlama anını görmədiklərini bildiriblər.

Məhkəmə tibbi ekspertiza rəylərini nəzərə alıb. Mehranın yarası ağır zərər kimi qiymətləndirilib, Elşadda isə xəsarət aşkar edilməyib. Psixiatrik ekspertiza Elşadın nevrotik reaksiya vəziyyətində olduğunu, lakin cinayət məsuliyyətinə qadir olduğunu müəyyən edib.

Məhkəmə Elşadın ilk dəfə məhkum olunmasını, peşmançılığını, barışığı və atasının vəfatını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib. Cəza ağırlaşdıran hal müəyyən edilməyib. Naxçıvan Ağır Cinayətlər Məhkəməsi 2004-cü il təvəllüdlü Elşad Məmmədu (soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Lakin cəza şərti hesab olunub və 1 il sınaq müddəti təyin edilib.

Paylaş

Xəbər lenti

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub Bu gün, 19:48 İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub Bu gün, 19:48 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib Bu gün, 19:48 Sabah 44 yaşayış məntəqəsində işıq olmayacaq Bu gün, 19:48 Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK Bu gün, 19:48 Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub Bu gün, 18:48 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək Bu gün, 18:48 Ağcabədidə nöqsanlar aşkarlanan pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 18:48 ING: Azərbaycan CIS-4 ölkələri arasında ən dayanıqlı makroiqtisadi nəticələr göstərir Bu gün, 18:48 Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDILAR - Polisdən daha bir uğurlu əməliyyat Bu gün, 18:48 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ Bu gün, 18:48 Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər Bu gün, 18:48 Maştağada qızı qaçıran gənc polis maşınını görüb qaçarkən qəza törətdi Bu gün, 17:48 Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında Bu gün, 17:48 ABŞ-da 104 illik market şəbəkəsi 60 mağazanı bağlayır Bu gün, 17:48 İranda ABŞ-nin hücumu nəticəsində 6 hərbçi öldürülüb Bu gün, 17:48 Hakim vətəndaşın evini əlindən alır? - "10 gün vaxt verib ki, buranı boşaldın" Bu gün, 17:48 Trablusda neft çənlərinə PUA ilə hücum edildi Bu gün, 17:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib Bu gün, 17:48 Vahid məktəbli kitabçası niyə yoxdur? "Valideynlərə də zərərdir, bizə də, tullayırıq" Bu gün, 17:48 Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub Bu gün, 16:48 Həyat yoldaşını avtomobildən düşürən sürücüyə "qab yuma" tapşırığı verildi Bu gün, 16:48 Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır Bu gün, 16:48 Bişkekdə qapalı qapılar arxasında Putinlə Paşinyan arasında nə baş verdi? Bu gün, 16:48 Avqustda 70 aptekdə yoxlama aparılıb – 19-da nöqsan aşkarlanıb Bu gün, 16:48 76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər Bu gün, 16:48 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ Bu gün, 16:48 Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi Bu gün, 16:48 Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI Bu gün, 16:48 Kadi 3 oyunluq cəzalandırılıb - SƏBƏB Bu gün, 16:48 Qobustanda İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutulub Bu gün, 15:48 "Formula 1"ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək Bu gün, 15:48 Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü Bu gün, 15:48 Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər Bu gün, 15:48 Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib Bu gün, 15:48 Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb Bu gün, 15:48 Bakının 100-dən çox küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? Bu gün, 15:48 Malların gömrükdə bəyan edilməsi ilə bağlı yeni qayda qüvvəyə minir Bu gün, 15:48 Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib Bu gün, 14:48 Bakıda bu yolda nişan sürücülərin CƏRİMƏLƏNMƏSİNƏ səbəb olur Bu gün, 14:48 "SOCAR Green": BESS Azərbaycanın enerji dəhlizlərinin tərkibinə daxil ediləcək Bu gün, 14:48 Orxan Həsənoğlu: Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları üçün cinayət tərkibli materiallar yoxdur Bu gün, 14:48 Birinci sinfə 124 mindən çox uşaq qəbul olunub Bu gün, 14:48 Alen Simonyan Hikmət Hacıyevlə görüşü və Bakıya səfəri barədə açıqlama verib Bu gün, 14:48 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA Bu gün, 14:48 Bu bağçalar dövlət dəstəyi ilə fəaliyyət göstərəcək - SİYAHI Bu gün, 14:48 İsfəndiyar Axundov həbs edilən iş adamı barəsində danışdı: "Emil Səməndərov savadsız adam idi, aldatdılar" Bu gün, 14:48 Rusiya XİN: Minaların təmizlənməsi münaqişə zonalarının bərpası üçün zəruri şərtdir Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR