
"Qazandığım qızıl medal mənə gələcək yarışlar üçün əlavə stimul verəcək".
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında, III MDB Oyunlarında qızıl medal qazanan boksçumuz Əli Abaslı deyib.
O, final görüşünün çətin keçdiyini bildirib: "Rəqibin gücünü nəzərə alaraq görüşdə çox diqqətli olmalı idim. Bu qələbə mənim üçün böyük uğurdur. Qazandığım qızıl medal gələcək yarışlar üçün əlavə stimuldur".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.