9-10-2025, 20:48 292

Azərbaycan və Rusiya Prezidentlərinin görüşü:

Tacikistan paytaxtı Düşənbədə keçiriləcək MDB ölkələri liderlərinin sammiti ərəfəsində Azərbaycan və Rusiya Prezidentləri – İlham Əliyev və Vladimir Putinin təkbətək görüşü olub.

Görüşdə iki ölkə arasında müəyyən məsələlər ətrafında yaranmış problemlər müzakirə olunub. Aparılmış müzakirələr ikitərəfli münasibətlərin tam normal məcraya yönəldiyini göstərib. Sözsüz ki, prezidentlərin görüşündə ilk məsələ AZAl-a məxsus təyyarənin ötən ilin dekabr ayında qəzaya uğraması idi və Rusiya Prezidenti də danışıqlara məhz bu məsələdən başladı."Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk".

V.Putin bəyan edib ki, "artıq istintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə əlaqədardır. Birincisi, ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatını eyni vaxtda izləyirdik. İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, - əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, - raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə. Məhz bu səbəbdən pilot hadisəni quş sürüsü ilə toqquşma kimi qiymətləndirib, bu barədə rusiyalı dispetçerlərə məlumat verib, bütün bunlar "qara qutular"da qeyd olunub".

Azərbaycan və Rusiya Prezidentlərinin görüşü:
Rusiya lideri vurğulayıb ki, Rusiya bütün öhdəliklərini yerinə yetirəcək: "Biz Sizinlə bu mövzunu sonradan müzakirə etdik. Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək".

V.Putinin görüş zamanı etiraf etdiyi ən mühüm, ən diqqətçəkən məqam isə hesab edirik ki, aşağıdakı fikirlərdir: "Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir – faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil. Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Qəti nöqtəni qoymaq üçün yəqin ki, hələ bir az vaxt tələb olunacaq. Amma ümumilikdə, mən Sizə əsasən elə bu görüşümüz ərəfəsində - dünən, srağagün aldığım məlumatları çatdırdım. Hətta düzünü desək, bu gün gecə Moskvaya zəng etdim və əlavə hər hansı detalların olduğunu soruşdum. Demək olar ki, Sizə mənə məlum olanların hamısını danışdım".

Rusiya lideri iki ölkənin maraqlarının bir çox sahələrdə üst-üstə düşməsi və çox yaxın olmasını göstərib: "Əlbəttə, hər şeydən əvvəl bu, iqtisadi-ticari əlaqələrə aiddir. Bu faciə ilə əlaqədar indi danışdığım bütün nüanslara, onunla əlaqədar hansısa məsələlərə baxmayaraq, iqtisadi-ticari əlaqələr inkişaf edib və uğurla inkişaf edir. Keçən il ticarət dövriyyəsində təqribən 6 faiz, bu il isə 16 faizdən çox artım olub. Bu, çox yaxşı göstəricidir". Əlavə edib ki, humanitar əlaqələr də həmişə yüksək səviyyədə olub.

Azərbaycan prezidenti İlham Əliyev də eyni zamanda, bu vəziyyəti nəzarətdə saxladığına görə Rusiya liderinə təşəkkür edib: "Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim".

Azərbaycan və Rusiya Prezidentlərinin görüşü:
Beləliklə, Rusiya Prezidentinin bu sözləri təyyarə insidenti ilə bağlı məsələlərin həll olunduğunu deməyə əsas verir. AZAL-a məxsus təyyarənin qəzaya uğradılmasından sonra Azərbaycan üzr istənilməsi, məsuliyyətin üzərinə götürülməsi, kompensasiyaların ödənilməsi və günahkarların cəzalandırılmasını tələb edirdi. Və bu gün də Rusiya Prezidenti bütün bu məsələlərə aydınlıq gətirib.

Zaman-zaman iki ölkə arasında münasibətləri pozmağa və xələl gətirməyə çalışan qüvvələr olub və olacaq da. Lakin iki ölkə liderinin səmiçi danışıqları onu deməyə əsas verir ki, həmin qüvvələr öz məqsədlərinə nail ola bilmədilər. Rusiya Prezidentin açıqlamaları, etirafları, ölkələrimizin mehriban qonşuluq şəraitində yaşamaq istəməsindən xəbər verir.

Yekun olaraq isə qeyd edək ki, Azərbaycan hər zaman bütün qonşularla, o cümlədən Rusiya ilə mehriban qonşuluq münasibətlərinin qorunub saxlanması kursuna sadiq olub. Bu ölkəmizin xarici siyasətinin prioritetini təşkil edib. Və Rusiya Prezidentinin bu gün verdiyi açıqlamalar, üzrxahlıq, ikitərəfli əlaqələri inkişaf etdirmək bəyanatlar da onu deməyə əsas verir ki, qarşı tərəf Azərbaycanın haqlı mövqeyini qəbul edir. Ən əsası gələcəkdə də bu kimi halların baş verməməsi üçün də əlindən gələni edəcək.

Report İnformasiya Agentliyi

Paylaş

Xəbər lenti

Qobustanda İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutulub Bu gün, 15:48 "Formula 1"ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək Bu gün, 15:48 Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü Bu gün, 15:48 Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər Bu gün, 15:48 Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib Bu gün, 15:48 Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb Bu gün, 15:48 Bakının 100-dən çox küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? Bu gün, 15:48 Malların gömrükdə bəyan edilməsi ilə bağlı yeni qayda qüvvəyə minir Bu gün, 15:48 Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib Bu gün, 14:48 Bakıda bu yolda nişan sürücülərin CƏRİMƏLƏNMƏSİNƏ səbəb olur Bu gün, 14:48 "SOCAR Green": BESS Azərbaycanın enerji dəhlizlərinin tərkibinə daxil ediləcək Bu gün, 14:48 Orxan Həsənoğlu: Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları üçün cinayət tərkibli materiallar yoxdur Bu gün, 14:48 Birinci sinfə 124 mindən çox uşaq qəbul olunub Bu gün, 14:48 Alen Simonyan Hikmət Hacıyevlə görüşü və Bakıya səfəri barədə açıqlama verib Bu gün, 14:48 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA Bu gün, 14:48 Bu bağçalar dövlət dəstəyi ilə fəaliyyət göstərəcək - SİYAHI Bu gün, 14:48 İsfəndiyar Axundov həbs edilən iş adamı barəsində danışdı: "Emil Səməndərov savadsız adam idi, aldatdılar" Bu gün, 14:48 Rusiya XİN: Minaların təmizlənməsi münaqişə zonalarının bərpası üçün zəruri şərtdir Bu gün, 13:48 Aygün Kazımovanın kişi fanatları izdiham yaratdı Bu gün, 13:48 Bu il indiyədək neçə şagird yerdəyişmə edib? - RƏSMİ Bu gün, 13:48 İbrahim Tatlısesin son görüntüsü pərəstişkarlarını narahat etdi Bu gün, 13:48 Ərindən borc istəyən qadın döyülüb Bu gün, 13:48 Bəşər Əsədin gizli nüvə fəaliyyəti üzə çıxdı - 73 ton uran tapıldı Bu gün, 13:48 Əhməd Davudoğluna qarşı istintaq başladılıb Bu gün, 13:48 Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib Bu gün, 12:48 Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib Bu gün, 12:48 Bakıda avqust ayı normadan 2 dərəcə isti keçib Bu gün, 12:48 Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı Bu gün, 12:48 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs verildi Bu gün, 12:48 Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb Bu gün, 12:48 Keyt Firon: Səmərəli minatəmizləmə fəaliyyətinin əsasında milli məsuliyyət dayanır Bu gün, 12:48 Sabah 33 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Alkoqolun xərçəngə səbəb olması ilə bağlı YENİ ARAŞDIRMA Bu gün, 12:48 Nepalda torpaq sürüşməsində ölənlərin sayı 1 252-yə çatıb Bu gün, 11:48 Putin biznes üçün bürokratik maneələrin aradan qaldırılmasını tələb edib Bu gün, 11:48 Kuyundziç: Aİ Azərbaycanın minatəmizləməyə dair yanaşmasını dəstəkləyir Bu gün, 11:48 Şarja-Bakı reysi ilə gələn sərnişinlərdən 654,9 karat brilyant qaş aşkarlanıb Bu gün, 11:48 Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin Bu gün, 11:48 Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib Bu gün, 11:48 Elçin Əmirbəyov: "Ərazimizin 13 faizindən çoxu minalar və partlamamış hərbi sursatlarla çirklənib" Bu gün, 11:48 İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik edib Bu gün, 11:48 Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb Bu gün, 11:48 Müəllimlərin NƏZƏRİNƏ - Təkrar sertifikasiyasının müsahibə mərhələsi başladı Bu gün, 11:48 İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib Bu gün, 11:48 MİDA-dan ev alacağını vəd edib tanışlarından 8 min manat alan şəxs cəzalandırılıb Bu gün, 11:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb Bu gün, 11:48 Elçin Əmirbəyov: "Mina təhlükəsi ilə mübarizə sülhün davamlılığına qoyulan sərmayə kimi qəbul edilməlidir" Bu gün, 11:48 Çində 4,4 maqnitudalı zəlzələ olub Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR