9-10-2025, 21:48 350

Bəhruz Məhərrəmov:

"Azərbaycan Respublikası bütün dünya dövlətləri, ələlxüsus yaxın qonşuları ilə münasibətlərini beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında qurmağı sülh və əmin-amanlıq şəraitində yaşamağı özünün çoxvektorlu xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi müəyyən edib.

Bu mənada Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya Federasiyası Hərbi Hava Qüvvələri tərəfindən vurulmasının və rəsmi Moskvanın proseslərə qeyri-praqmatik münasibət sərgiləməsinin ardınca Azərbaycan və Rusiya arasında müşahidə olunan gərginlik milli maraqlarımızı ehtiva etmirdi və biz hər zaman dialoq yolu ilə gərginliyinin aradan qaldırılmasının tərəfdarı olmuşuq".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, 2 gün öncə Azərbaycan Prezidentinin rusiyalı həmkarına doğum günü münasibətilə zəng etməsi, bu gün isə Düşənbədə Azərbaycan və Rusiya Prezidentlərinin təkbətək görüşü fonunda ölkələrimiz arasında gərginliyə yol açmış insidentlə bağlı ortaq məxrəcə gəlinməsi, daha dəqiq desək, Rusiyanın məsuliyyəti öz üzərinə götürərək, Federasiyanın Hərbi Hava Qüvvələrinin atəşi nəticəsində qəlpələrin təyyarəyə dəyməsini etiraf etməsi və kompensasiya ilə bağlı konseptual razılığa gəlməsi artıq aylardır ki, müşahidə olunan problemli situasiyanın aradan qalxması üçün tarixi imkandır:

"Sirr deyil ki, Azərbaycan beynəlxalq təcrübəyə və ümumtanınmış normalara əsaslanaraq cari razılığa gəlinməsi istiqamətində aylardır ki, qəti mövqe nümayiş etdirirdi. Lakin Rusiyanın ayrı-ayrı dairələrinin məsələyə yanlış rakursdan baxması və bəzi hallarda məqsədli şəkildə Bakı və Moskva arasında münasibətlərin gərginləşməsində maraqlı tərəf kimi çıxış etməsi situasiyanın arzuolunmaz istiqamətdə cərəyan etməsinə və ölkələrimiz arasında heç bir tərəfin milli maraqlarına cavab verməyən ritorikanın inkişafına gətirib çıxardı. Görünən odur ki, Rusiyada Azərbaycanla gərginliyə öz şəxsi ambisiyalarının realizəsi üsulu kimi baxan dairələrdən fərqli olaraq, Prezident Vladimir Putin yeni geosiyasi konfiqurasiyada Bakının artan rolunun fərqindədir və Azərbaycanla münasibətlərin kəskinləşməsinin ölkəsinə hər hansı formada fayda verməyəcəyini çox yaxşı başa düşür. Həqiqətən də reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası qonşularına münasibətdə beynəlxalq hüququn ümumtanınmış normalarını rəhbər tutaraq davranır, öz ərazisindən hər hansı bir qonşu dövlətə, o cümlədən Rusiyaya münasibətdə üçüncü güclərin istifadəsinə heç vaxt imkan verməyib, digər dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə qarışmaq niyyətində deyil, eyni zamanda da Azərbaycan dövlətinə və Azərbaycan xalqının maraq və mənafelərinə münasibətdə eyni yanaşmanı tələb edir".

"Şimal qonşumuzun aylar ərzində bu reallığa adekvat mövqe sərgiləmədiyi bir şəraitdə Azərbaycan Prezidentinin münasibətlərimizə xələl gətirmədən ölkəmizin maraq və mənafelərini qətiyyətlə müdafiə etməsi Moskvanın proseslərə baxışını dəyişməsinə səbəb oldu ki, bu da Azərbaycanın böyük diplomatik qələbəsi olsa da, Rusiyanın özünün də Cənubi Qafqazda maraqlarının təmini baxımından əlamətdar gediş sayıla bilər. Azərbaycan və Rusiyanın məsələyə dair uzlaşma əldə etdiyi bir vaxtda qarşıda dayanan əsas məqsəd razılaşmanın icrasına nail olmaq, habelə ayrı-ayrı güclərin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının, siyasətçilərin, jurnalistlərin, xüsusən Rusiyada aqressiv və radikal davranış tərzi ilə seçilən psevdo "beyin mərkəzlərinin" qızışdırıcı mövqe sərgiləməsindən çəkinməyə nail olmaq, yersiz bəyanatlara imkan verməməkdir. Unutmamalıyıq ki, Azərbaycanın haqlı tələblərinin yerinə yetirildiyi şəraitdə şimal qonşumuzla münasibətlərin gərgin saxlanılması və süni şəkildə situasiyanın mürəkkəbliyinin davamlılığında maraqlı görünmək heç bir tərəfə fayda verə bilməz", - parlamentari fikrini yekunlaşdırıb.

Paylaş

Xəbər lenti

Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub Bu gün, 16:48 Həyat yoldaşını avtomobildən düşürən sürücüyə "qab yuma" tapşırığı verildi Bu gün, 16:48 Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır Bu gün, 16:48 Bişkekdə qapalı qapılar arxasında Putinlə Paşinyan arasında nə baş verdi? Bu gün, 16:48 Avqustda 70 aptekdə yoxlama aparılıb – 19-da nöqsan aşkarlanıb Bu gün, 16:48 76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər Bu gün, 16:48 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ Bu gün, 16:48 Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi Bu gün, 16:48 Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI Bu gün, 16:48 Kadi 3 oyunluq cəzalandırılıb - SƏBƏB Bu gün, 16:48 Qobustanda İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutulub Bu gün, 15:48 "Formula 1"ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək Bu gün, 15:48 Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü Bu gün, 15:48 Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər Bu gün, 15:48 Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib Bu gün, 15:48 Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb Bu gün, 15:48 Bakının 100-dən çox küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? Bu gün, 15:48 Malların gömrükdə bəyan edilməsi ilə bağlı yeni qayda qüvvəyə minir Bu gün, 15:48 Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib Bu gün, 14:48 Bakıda bu yolda nişan sürücülərin CƏRİMƏLƏNMƏSİNƏ səbəb olur Bu gün, 14:48 "SOCAR Green": BESS Azərbaycanın enerji dəhlizlərinin tərkibinə daxil ediləcək Bu gün, 14:48 Orxan Həsənoğlu: Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları üçün cinayət tərkibli materiallar yoxdur Bu gün, 14:48 Birinci sinfə 124 mindən çox uşaq qəbul olunub Bu gün, 14:48 Alen Simonyan Hikmət Hacıyevlə görüşü və Bakıya səfəri barədə açıqlama verib Bu gün, 14:48 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA Bu gün, 14:48 Bu bağçalar dövlət dəstəyi ilə fəaliyyət göstərəcək - SİYAHI Bu gün, 14:48 İsfəndiyar Axundov həbs edilən iş adamı barəsində danışdı: "Emil Səməndərov savadsız adam idi, aldatdılar" Bu gün, 14:48 Rusiya XİN: Minaların təmizlənməsi münaqişə zonalarının bərpası üçün zəruri şərtdir Bu gün, 13:48 Aygün Kazımovanın kişi fanatları izdiham yaratdı Bu gün, 13:48 Bu il indiyədək neçə şagird yerdəyişmə edib? - RƏSMİ Bu gün, 13:48 İbrahim Tatlısesin son görüntüsü pərəstişkarlarını narahat etdi Bu gün, 13:48 Ərindən borc istəyən qadın döyülüb Bu gün, 13:48 Bəşər Əsədin gizli nüvə fəaliyyəti üzə çıxdı - 73 ton uran tapıldı Bu gün, 13:48 Əhməd Davudoğluna qarşı istintaq başladılıb Bu gün, 13:48 Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib Bu gün, 12:48 Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib Bu gün, 12:48 Bakıda avqust ayı normadan 2 dərəcə isti keçib Bu gün, 12:48 Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı Bu gün, 12:48 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs verildi Bu gün, 12:48 Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb Bu gün, 12:48 Keyt Firon: Səmərəli minatəmizləmə fəaliyyətinin əsasında milli məsuliyyət dayanır Bu gün, 12:48 Sabah 33 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Alkoqolun xərçəngə səbəb olması ilə bağlı YENİ ARAŞDIRMA Bu gün, 12:48 Nepalda torpaq sürüşməsində ölənlərin sayı 1 252-yə çatıb Bu gün, 11:48 Putin biznes üçün bürokratik maneələrin aradan qaldırılmasını tələb edib Bu gün, 11:48 Kuyundziç: Aİ Azərbaycanın minatəmizləməyə dair yanaşmasını dəstəkləyir Bu gün, 11:48 Şarja-Bakı reysi ilə gələn sərnişinlərdən 654,9 karat brilyant qaş aşkarlanıb Bu gün, 11:48 Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR