
Təhsil sahəsində rəqəmsallaşma prosesi sürətlə davam edir. Şagirdlərin həm kağız, həm də elektron resurslardan istifadə imkanları artırılır.
AVESTA.AZ-in sorğusunu cavablayan Elm və Təhsil Nazirliyi bildirib ki, ümumi təhsil pilləsi üzrə bütün dərsliklərin elektron nüsxələri açıq resurs kimi www.e-derslik.edu.az portalında və www.trims.edu.az saytında mövcuddur.
2025-2026-cı tədris ili üçün yeni hazırlanan və təkmilləşdirilən dərsliklər rəqəmsallaşdırılıb və təhsil ictimaiyyətinin istifadəsinə verilib. Bu isə elektron dərslik sisteminin tam işlək və mütəmadi yeniləndiyini göstərir.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.