16-10-2025, 23:48 310

Birinci vitse-prezident Avropanın ən böyük pediatrik

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Avropanın ən böyük pediatrik "Bambino Gesu" xəstəxanasında olub.

AVESTA.AZ xəbər verir ki, Birinci vitse-prezident burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olub.

"Bambino Gesu" pediatrik xəstəxanasının prezidenti Titsiano Onesti Birinci vitse-prezident Mehriban Əliyevaya laboratoriyalar haqqında məlumat verib.

Bildirilib ki, 1869-cu ildə Salviati ailəsi tərəfindən əsası qoyulmuş, Roma şəhərində yerləşən, Müqəddəs Taxt-Tacın ekstraterritorial ərazisi hesab olunan "Bambino Gesu" pediatrik xəstəxanası ilkin olaraq özəl xəstəxana kimi yaradılıb. Bu tibb müəssisəsi uşaq müalicəsi üçün nəzərdə tutulmuş ilk strukturlar arasındadır.

Diqqətə çatdırılıb ki, "Bambino Gesu" pediatrik xəstəxanası İtaliya dövləti tərəfindən maliyyələşdirilən və dövlət xəstəxanası kimi fəaliyyət göstərən qurum olmasına baxmayaraq, Müqəddəs Taxt-Tacın bir müəssisəsidir və birbaşa ona hesabat verir, onun rəhbərliyinə tabedir. 2006-cı ildə xəstəxana "Joint Commission International" tərəfindən akademik xəstəxana kimi akkreditə olunub və hazırda Avropanın ən böyük uşaq xəstəxanası və tədqiqat mərkəzidir.

Qeyd olunub ki, San Paolo filialı xəstəxananın genetik və hüceyrə tədqiqatları üçün ən müasir texnologiyalarla təchiz edilmiş böyük tədqiqat laboratoriyalarının, o cümlədən qabaqcıl müalicə üsullarının tətbiq olunduğu əczaçılıq emalatxanasının mərkəzidir. Burada klinik diaqnozların nəticələri bir daha təsdiqlənmək üçün genetik analizlərlə qarşılaşdırılır, habelə metabolik analizlər sayəsində pasiyentlərə fərdi tibbi yanaşma tətbiq olunur.

Bu il sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın "Bambino Gesu" pediatrik xəstəxanası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Bambino Gesu" xəstəxanası ilə qurulan əməkdaşlıq nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər müvafiq sahələrin Azərbaycanda inkişafına mühüm töhfə verəcək. Bu tərəfdaşlıq azərbaycanlı alim və tədqiqatçılara qabaqcıl elmi yanaşmalara yiyələnmək və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalarda araşdırmalar aparmaq imkanı yaradacaq. Nəticədə ölkəmizdə bu sahələrdə müstəqil elmi tədqiqatlar aparmağa qadir kadr potensialı formalaşacaq, beynəlxalq standartlara cavab verən yeni laboratoriyaların təsis olunması üçün şərait yaranacaq. Həmçinin əməkdaşlıq çərçivəsində səhiyyə mütəxəssislərimizin təlim və mübadilə proqramlarında iştirakı nəzərdə tutulub.

Birinci vitse-prezident Avropanın ən böyük pediatrik

Paylaş

Xəbər lenti

Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib Bu gün, 17:48 Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək Bu gün, 17:48 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı Bu gün, 17:48 İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb? Bu gün, 17:48 Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub Bu gün, 17:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - İDDİA Bu gün, 16:48 Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni evə buraxıldı Bu gün, 16:48 Roza Zərgərlinin qızı BenAy mahnı təqdim etdi Bu gün, 16:48 Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı Bu gün, 16:48 Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi Bu gün, 16:48 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb Bu gün, 16:48 "Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab Bu gün, 15:48 Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? Bu gün, 15:48 Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür Bu gün, 15:48 Dilarə Əliyevaya vəzifə verildi Bu gün, 15:48 Azərbaycan şahmatçıları klublararası Avropa Kubokunda medallar qazanıblar Bu gün, 15:48 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış Bu gün, 14:48 Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? Bu gün, 14:48 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb Bu gün, 14:48 Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb Bu gün, 14:48 Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər? Bu gün, 14:48 Xəbərdarlıq: Leysan yağacaq, şimşək çaxacaq Bu gün, 14:48 Abşeron Gənclər şəhərciyində yolu su basıb Bu gün, 14:48 Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar Bu gün, 13:48 Bakıda rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub Bu gün, 13:48 77 nömrəli avtobusda dava - Sərnişin sürücüyə hücum etdi Bu gün, 13:48 Hamamda elektrik cərəyanı vurub öldürdü Bu gün, 13:48 Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək Bu gün, 13:48 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur Bu gün, 12:48 "MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB Bu gün, 12:48 Azərbaycan XİN İordaniyaya başsağlığı verib Bu gün, 12:48 Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir Bu gün, 12:48 DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb Bu gün, 11:49 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar" Bu gün, 11:49 Arda Gülər "El-Klasiko"da əsas heyətdə yer ala bilər Bu gün, 11:48 Avropa etirazlar dalğasında: "Qoca qitə"ni nə gözləyir? Bu gün, 11:48 Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO Bu gün, 11:48 "Çelsi" və "Mançester Yunayted" "Sportinq"in futbolçusu üçün mübarizə apara bilər Bu gün, 11:48 Zaqatalada həyət evlərindən oğurluq - 1 nəfər tutuldu Bu gün, 10:49 Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub Bu gün, 10:49 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO Bu gün, 10:48 Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb Bu gün, 10:48 Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - Faktiki hava Bu gün, 10:48 Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar Bu gün, 10:48 Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR