26-10-2025, 11:48 441

Ölkədən gedən həkimlərin sayı ildən-ilə artır:

Son illər Azərbaycan səhiyyəsində ciddi struktur dəyişiklikləri aparılsa da, sistemin dayanıqlılığı və gələcəyi ilə bağlı narahatlıqlar qalmaqdadır. Bu narahatlığın əsas səbəblərindən biri həkimlərin yaş bölgüsü, kadr çatışmazlığı və xaricə beyin axınıdır. Rəsmi statistika və ekspert rəyləri göstərir ki, ölkədə tibbi kadr potensialı tədricən yaşlanır, gənc mütəxəssislər isə daha çox xarici ölkələrdə işləməyə üstünlük verirlər.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Həkimlərin orta yaşı artır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, ölkənin səhiyyə sistemində fəaliyyət göstərən həkim heyətinin yaş strukturunda ortayaşlı kadrlar üstünlük təşkil edirlər. Ümumi heyətin təxminən 76 faizi 35-55 yaş arası mütəxəssislərdən ibarətdir. 35 yaşadək gənc həkimlərin payı isə cəmi 10.3 faiz təşkil edir. Bu rəqəmlər göstərir ki, yaş balansı ciddi şəkildə pozulub.

Dövlət Statistika Komitəsinin 2025-ci ilin əvvəlinə olan məlumatına əsasən, ölkədə ümumilikdə 35.2 min həkim fəaliyyət göstərir. Onların 26.2 mini dövlət, 9 mini isə özəl tibb müəssisələrində çalışır. Qadın həkimlərin sayı 23.2 min nəfərdir.

Ölkədən gedən həkimlərin sayı ildən-ilə artır:

"Rezident 400 manata necə yaşasın?"

Həkim-anestezioloq Turanə Rəsulova deyir ki, əslində son illər Azərbaycanda gənc həkimlərin səhiyyə sisteminə gəlişində müəyyən dinamika hiss olunur. Amma proses xüsusilə regionlarda zəif gedir: "Gənclərin mühüm hissəsi ölkədən getməyə üstünlük verir. Artıq universitetin ilk illərindən etibarən tələbələr özlərini Almaniya, Türkiyə və ABŞ kimi ölkələrdə ixtisas təhsili almağa hazırlayırlar. Bu, gələcək üçün təhlükəli tendensiyadır".

Həkimin sözlərinə görə, Azərbaycanda rezidentura sisteminin tətbiqi çox vacib addım idi. Amma bu sistemin nə dərəcədə səmərəli işlədiyi hələ də sual altındadır: "Rezident həkim-assistentlər 400-500 manat civarında aylıq məvacib alırlar. 24 yaşında, həyatını yeni quran bir gənc üçün bu maaş nə dərəcədə yetərlidir? O, artıq ailə qurmalı, övlad sahibi olmalı, sosial həyatını davam etdirməlidir. Ona görə də gənc həkimlər ən azından qonşu Türkiyəyə, Almaniyaya və ya Avropaya getməyin daha məqsədəuyğun olduğunu düşünürlər".

Turanə Rəsulova əlavə edir ki, dövlət xəstəxanalarında həkimin bir müayinə üçün hesabına yatırılan məbləğ cəmi 1 manat 95 qəpikdir: "İcbari Tibbi Sığorta bu qədər vəsait ayırır. Xəstəyə verilən çekdə isə həmin xidmət 25-26 manat kimi göstərilir. Bu, sistemdəki böyük uyğunsuzluq və ədalətsiz bölgü deməkdir".

Həmsöhbətimizin qənaətincə, həkimlərin sosial statusu və cəmiyyətdəki nüfuzu da getdikcə zəifləyir: "Həkim olmaq uzun illərin zəhmətidir. Bu peşə sahibləri cəmiyyətin ən ali təbəqəsi sayılmalıdır. Əks halda, yanlış münasibət formalaşır. Türkiyədə həkimlərə qarşı zorakılıq halları artıb. Əgər bu reallıqlardan nəticə çıxarmasaq, eyni aqibət bizi də gözləyə bilər".

Ölkədən gedən həkimlərin sayı ildən-ilə artır:

Təşviqedici layihələrə ehtiyac var

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) sədr müavini Hüseyn Hüseynzadə bildirir ki, gənc həkimlərin əsas problemi təcrübə ilə bağlıdır: "Rezidentura və aspiranturaya qəbul ola bilməyən tələbələrin praktik bacarığı aşağı olur. Çünki xəstə üzərində yetərincə işləyə bilmirlər. Dövlət klinikaları bütün məzunları işə qəbul edə bilmir, özəl klinikalar isə yalnız təcrübəli həkimləri işə götürürlər. Bu səbəbdən uyğun iş və ya təcrübə tapa bilməyən tələbələr yaxın ölkələrə, məsələn, Türkiyəyə üz tuturlar. Türkiyədə həkimlər 3-5 il ərzində 100-150 xəstə üzərində praktiki təcrübə qazanırlar ki, bu da Azərbaycanda mümkün deyil. Eyni zamanda Almaniya da həm təhsil, həm də gələcək həyat üçün əlverişli seçim sayılır".

Sədr müavini hesab edir ki, xaricdə stabil iş və gəliri olan birinin Azərbaycana qayıtması üçün mütləq ciddi maddi stimul olmalıdır. O, bununla bağlı təşviqedici layihələrin həyata keçirilməsini vacib sayır.

Ölkədən gedən həkimlərin sayı ildən-ilə artır:

Həkim çatışmazlığı pik həddə

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin rəhbəri İlqar Hüseynli isə bildirir ki, hazırda bütün rayonlarda həkim çatışmazlığı var: "Məsələn, Gədəbəy Mərkəzi Xəstəxanası vaxtilə tam gücü ilə işləyirdi, indi isə həkim tapılmır. Şirvandan Gəncəyə qədər normal cərrah-travmatoloq tapmaq müşkülə çevrilib. Çünki həkimlər sürətlə ölkəni tərk edirlər. Düzdür, onlarla bağlı konkret statistika yoxdur. Amma müşahidələr göstərir ki, gedənlərin sayı ildən-ilə sürətlənir. Hətta nəinki gənc, bizim yaş qrupundan olan həkimlər də ölkədən gedirlər. Azərbaycandan son 5-7 ildə təkcə Almaniyaya 2 000-2 500 həkim köç edib. Bu il ABŞ-də USMLE (United States Medical Lisensing Examination - Birləşmiş Ştatların Tibb üzrə Lisenziyalaşdırma İmtahanları) prosesindən uğurla keçən 10 azərbaycanlı gənc həkim də bu ölkədə çalışmaq imkanı qazanıb".

Ekspertin sözlərinə görə, həkimlərin xaricə getməsinin əsas səbəbi aşağı maaş və qeyri-sabit iş şəraitidir: "Qonşu Türkiyədə rezident 5-7 min manat dəyərində maaş aldığı halda, Azərbaycanda eyni kateqoriyalı həkim 400 manat alır. Bu fərq, təbii ki, seçimdə həlledici rol oynayır".

Yaşlı həkimlər kənarda qalırlar

İlqar Hüseynli hesab edir ki, sistemin digər problemi təcrübəli, lakin yaşlı həkimlərin işdən uzaqlaşdırılmasıdır: "65 yaşa çatan həkimlərin avtomatik işdən çıxarılması doğru deyil. İnkişaf etmiş ölkələrdə məşhur həkimlər 70-75 yaşında həm müalicə, həm də tədrislə məşğul olurlar. Biz isə təcrübəni itiririk. Əslində yaşlı həkimlər gənclər üçün mentor və tədrisçi rolunda saxlanılmalı, onların bilik və təcrübəsi yeni nəslə ötürülməlidir. Bu, həm sistemin keyfiyyətinə, həm də tədris prosesinə ciddi təsir göstərə bilər".

Ölkədən gedən həkimlərin sayı ildən-ilə artır:

"Geridönüş başlayıb"

Almaniyanın Frankfurt Oder xəstəxanasının Qulaq, burun, boğaz xəstəlikləri, üz plastik və rekonstruktiv klinikasının baş həkimi Cavid Hüseynzadə deyir ki, gənclərin xaricə üz tutmasının əsas səbəbi Azərbaycanda diplomdan sonrakı təhsilin zəif təşkil olunmasıdır. "Rezidentura mərhələsində oxuyan həkimlər çox aşağı maaş alır, bunun üçün lazımi baza və imkanlar yoxdur. Məsələn, Almaniyada rezidenturada təhsil alan həkim birinci ildən 3 500-4 000 avro civarında maaş qazanır. Bu gəlir təkcə gündəlik xərcləri deyil, həm də təhsilə sərmayə qoymaq imkanlarını yaradır", - o vurğulayır.

Mütəxəssisin sözlərinə görə, Almaniyada həkimlərin peşəkar inkişafı üçün geniş şərait mövcuddur: "Rezidenturada oxuyan hər bir həkimə beynəlxalq tibbi ədəbiyyata pulsuz giriş imkanı verilir. Əgər ölkədaxili kurslara qatılırsa, həmin kursların xərclərinin bir hissəsi xəstəxana tərəfindən qarşılanır. Yəni sistem həkimin həm maddi, həm də elmi inkişafını dəstəkləyir. Bu da təbii olaraq həkimlərin Almaniyaya axınının artmasına səbəb olur".

Cavid Hüseynzadənin fikrincə, bütün bu reallıqlara baxmayaraq, Azərbaycan səhiyyəsi hazırda özünün ən parlaq dövrünü yaşayır: "İllər öncə Avropadan ölkəmizə yenilik gətirənlər əsasən xarici həkimlər idi. Amma bu gün fərqli mənzərə formalaşıb, artıq xaricdə təhsil almış, orada təcrübə toplamış, lakin doğma dilimizdə danışan həmkarlarımız Azərbaycana qayıdaraq ən yüksək səviyyədə xidmət göstərirlər".

Paylaş

Xəbər lenti

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub Bu gün, 18:48 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək Bu gün, 18:48 Ağcabədidə nöqsanlar aşkarlanan pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 18:48 ING: Azərbaycan CIS-4 ölkələri arasında ən dayanıqlı makroiqtisadi nəticələr göstərir Bu gün, 18:48 Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDILAR - Polisdən daha bir uğurlu əməliyyat Bu gün, 18:48 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ Bu gün, 18:48 Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər Bu gün, 18:48 Maştağada qızı qaçıran gənc polis maşınını görüb qaçarkən qəza törətdi Bu gün, 17:48 Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında Bu gün, 17:48 ABŞ-da 104 illik market şəbəkəsi 60 mağazanı bağlayır Bu gün, 17:48 İranda ABŞ-nin hücumu nəticəsində 6 hərbçi öldürülüb Bu gün, 17:48 Hakim vətəndaşın evini əlindən alır? - "10 gün vaxt verib ki, buranı boşaldın" Bu gün, 17:48 Trablusda neft çənlərinə PUA ilə hücum edildi Bu gün, 17:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib Bu gün, 17:48 Vahid məktəbli kitabçası niyə yoxdur? "Valideynlərə də zərərdir, bizə də, tullayırıq" Bu gün, 17:48 Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub Bu gün, 16:48 Həyat yoldaşını avtomobildən düşürən sürücüyə "qab yuma" tapşırığı verildi Bu gün, 16:48 Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır Bu gün, 16:48 Bişkekdə qapalı qapılar arxasında Putinlə Paşinyan arasında nə baş verdi? Bu gün, 16:48 Avqustda 70 aptekdə yoxlama aparılıb – 19-da nöqsan aşkarlanıb Bu gün, 16:48 76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər Bu gün, 16:48 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ Bu gün, 16:48 Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi Bu gün, 16:48 Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI Bu gün, 16:48 Kadi 3 oyunluq cəzalandırılıb - SƏBƏB Bu gün, 16:48 Qobustanda İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutulub Bu gün, 15:48 "Formula 1"ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək Bu gün, 15:48 Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü Bu gün, 15:48 Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər Bu gün, 15:48 Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib Bu gün, 15:48 Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb Bu gün, 15:48 Bakının 100-dən çox küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? Bu gün, 15:48 Malların gömrükdə bəyan edilməsi ilə bağlı yeni qayda qüvvəyə minir Bu gün, 15:48 Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib Bu gün, 14:48 Bakıda bu yolda nişan sürücülərin CƏRİMƏLƏNMƏSİNƏ səbəb olur Bu gün, 14:48 "SOCAR Green": BESS Azərbaycanın enerji dəhlizlərinin tərkibinə daxil ediləcək Bu gün, 14:48 Orxan Həsənoğlu: Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları üçün cinayət tərkibli materiallar yoxdur Bu gün, 14:48 Birinci sinfə 124 mindən çox uşaq qəbul olunub Bu gün, 14:48 Alen Simonyan Hikmət Hacıyevlə görüşü və Bakıya səfəri barədə açıqlama verib Bu gün, 14:48 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA Bu gün, 14:48 Bu bağçalar dövlət dəstəyi ilə fəaliyyət göstərəcək - SİYAHI Bu gün, 14:48 İsfəndiyar Axundov həbs edilən iş adamı barəsində danışdı: "Emil Səməndərov savadsız adam idi, aldatdılar" Bu gün, 14:48 Rusiya XİN: Minaların təmizlənməsi münaqişə zonalarının bərpası üçün zəruri şərtdir Bu gün, 13:48 Aygün Kazımovanın kişi fanatları izdiham yaratdı Bu gün, 13:48 Bu il indiyədək neçə şagird yerdəyişmə edib? - RƏSMİ Bu gün, 13:48 İbrahim Tatlısesin son görüntüsü pərəstişkarlarını narahat etdi Bu gün, 13:48 Ərindən borc istəyən qadın döyülüb Bu gün, 13:48 Bəşər Əsədin gizli nüvə fəaliyyəti üzə çıxdı - 73 ton uran tapıldı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR