13-11-2025, 09:48 355

Kapital Bank

Ölkənin ən böyük maliyyə institutlarından biri olan Kapital Bank beynəlxalq maliyyə bazarında yeni bir zirvəni fəth edərək, öz tarixində ilk sindikatlaşdırılmış kredit sazişini uğurla imzaladı. Körfəz regionunun aparıcı bankı olan "Mashreq Bank"ın təşkilatçılığı ilə həyata keçirilən bu tarixi saziş mərasimi 11 noyabr 2025-ci il tarixində Dubay şəhərində hər iki bankın rəhbərləri tərəfindən rəsmiləşdirildi. Əməkdaşlıq çərçivəsində Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaitinin cəlbi nəzərdə tutulur.

Qeyd edək ki, bu əməkdaşlığın əsası ötən aylarda Körfəz regionunda aparılan məqsədyönlü təqdimatlar zamanı qoyulub. Belə ki, Kapital Bank-ın Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü Emin Məmmədovun rəhbərliyi ilə bankın nümayəndə heyətinin Doha və Dubay səfəri çərçivəsində regionun əsas maliyyə institutlarına bankın güclü maliyyə göstəriciləri, dayanıqlı inkişaf strategiyası və gələcək investisiya planları təqdim edilib. Məhz bu təqdimatların uğurlu davamı olaraq imzalanan saziş, Kapital Bank-ın beynəlxalq maliyyə bazarında etibarlı və sabit tərəfdaş statusunu daha da möhkəmləndirib.

Tədbirdən dərhal sonra öz sosial media kanalında paylaşım edən Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bu əməkdaşlığı yüksək qiymətləndirib. "Bu əməkdaşlıq bankımızın maliyyə dayanıqlılığını artırmaqla yanaşı, həm də Azərbaycanın maliyyə sektoru üçün yeni beynəlxalq imkanlar yaradır. Bir ekosisteminin əsas hissəsi olaraq gələcək hədəfimiz beynəlxalq tərəfdaşlıqları keyfiyyətcə yeni səviyyəyə qaldırmaqdır. Biz bu resursları ölkəmizin rəqəmsal transformasiya prosesini gücləndirməyə və uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin edən layihələrə yönəldərək ölkə iqtisadiyyatına dəyər qatmağa davam edəcəyik".

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Paylaş

Xəbər lenti

Dünyanın aparıcı hərbi şirkətləri Bakıya gəlir Bu gün, 00:48 Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir Dünən, 23:48 Ələt-Astara magistral yolunda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb Dünən, 23:48 Gürcüstan və Koreya Orta Dəhlizin rolunu müzakirə edib Dünən, 23:48 İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir Dünən, 23:48 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb Dünən, 23:48 Şamaxı sakinlərinin kanalizasiya problemi: "Evdə oturmaq olmur" Dünən, 22:48 Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib Dünən, 22:48 ABŞ-nin sərhədləri genişlənir? - Trampın paylaşdığı xəritə diqqət çəkdi Dünən, 22:48 Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır Dünən, 22:48 ABŞ Kubaya 178 milyard dollar zərər vurub Dünən, 22:48 Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın olub Dünən, 22:48 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - STATİSTİKA Dünən, 21:48 BMT: Süni intellekt insanlıq üçün təhlükə yarada bilər Dünən, 21:48 Yağış və külək Bakıda problemlər yaradıb Dünən, 21:48 Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar Dünən, 21:48 Binəqədi rayonu ərazisində YANĞIN Dünən, 20:48 90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF Dünən, 20:48 Paytaxtda mənzil almaq adı ilə dələduzluq edən şəxs saxlanıldı Dünən, 20:48 Şahin Mustafayev Özbəkistanla iqtisadi əməkdaşlığın əsas göstəricilərini açıqlayıb Dünən, 20:48 Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb Dünən, 19:48 İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq Dünən, 19:48 Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb Dünən, 19:48 Qaydalar dəyişdi: Kimlər daha çox pul ala biləcək? Dünən, 19:48 Quraqlıq, daşqın, dözülməz isti: Azərbaycanı hansı təhlükələr gözləyir? Dünən, 18:48 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? Dünən, 18:48 Azəbaycanda bərpa olunan enerjinin xüsusiyyətləri üzrə vahid reyestr yaradılacaq Dünən, 18:48 Azərbaycan konkurçusu Patrik Makenti Belçikadakı turnirdə 2-ci yeri tutub Dünən, 18:48 Məhkəmə qərarı ilə bağlı müəmma: Fidan Abbasova narkoloji qeydiyyata alınmır? Dünən, 18:48 Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq Dünən, 18:48 Şamaxı və Şahdağa dolu düşüb Dünən, 17:48 İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ Dünən, 17:48 Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü Dünən, 17:48 Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT Dünən, 17:48 Qobustanda 38 günə körpü inşa edilib Dünən, 17:48 Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Zəfər parkını ziyarət ediblər Dünən, 17:48 Biri 13, digəri 12 il müddətinə həbs edildi Dünən, 17:48 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb Dünən, 16:48 Şəmkirçay suyu necə içməli suya çevrilir? - DETALLAR Dünən, 16:48 Məşhur britaniyalı teleaparıcı xərçəng xəstəliyinə tutulub Dünən, 16:48 Qubada kanaldan meyit tapılıb Dünən, 16:48 SOCAR-ın "Methane AI" proqram təminatı regional tərəfdaşların diqqətini cəlb edib Dünən, 16:48 Güclü külək Bakıda ağacın budağını qopardı Dünən, 16:48 Alimlər beyində xatirələrin necə birləşdiyini müəyyənləşdirib Dünən, 16:48 Respublika Süni Mayalanma Mərkəzinə direktor təyin olunub Dünən, 16:48 Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır Dünən, 15:48 Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi Dünən, 15:48 İlham Mirzəyevin vəziyyəti ağırdır Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR