
Yuxu mütəxəssisləri bildirirlər ki, insanların yatma sürəti bir neçə əsas amildən asılıdır və buna görə də bəziləri saniyələr içində yuxuya gedə bildiyi halda, digərləri uzun müddət yataqda oyaq qalır.
AVESTA.AZ xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əsas fərqləndirici faktorlar bunlardır:
Sinir sistemi və stress səviyyəsi
Gərginlik, narahatlıq və gün ərzində yığılan stress beynin "sönməsinə" mane olur. Bu səbəbdən stressli insanlar gec yatır.
Gün ərzində enerji sərfi
Aktiv həyat tərzi sürən və fiziki hərəkəti çox olan şəxslər daha tez yuxuya gedir. Hərəkətsiz həyat tərzi isə yuxuya getmə prosesini ləngidir.
Yuxu rejimi
Hər gün eyni saatda yatmağa öyrəşən insanlar gözünü yumduğu kimi yuxulayır. Rejimi pozulanlarda isə beynin yuxu ritmi qarışır və gec yatma halları artır.
Kofein və qida vərdişləri
Gec saatlarda kofein, enerji içkisi və ağır yeməklər yuxuya getmə müddətini uzadır.
Genetik meyllilik
Araşdırmalar göstərir ki, bəzilərinin yuxu ritmi genetik olaraq daha sürətlidir, digərləri isə daha gec yuxulamağa meyillidir.
Mütəxəssislər hesab edir ki, yuxuya getmə müddətini qısaltmaq üçün yataqdan əvvəl ekran istifadəsini azaltmaq, yüngül fiziki fəaliyyət və sabit rejim yaratmaq ən təsirli üsullardır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.