7-12-2025, 21:48 310

Restoranda müştəriləri gözləyən sürpriz:

Bakıda restorana gedən müştərini artıq təkcə menyudakı qiymətlər yox, çekdə onu gözləyən "sürpriz rəqəmlər" də düşündürür. Süfrəyə gələn yeməklərdən daha tez-tez müzakirə olunan mövzu isə sonda hesaba əlavə edilən "servis haqqı"dır. Bir restoranda bir faiz, digərində beş faiz, bəzi məkanlarda isə daha yüksək məbləğ. Müştəri də çaşqın qalır: bu xidmətin qiyməti harada yazılıb, nə ilə əsaslandırılıb və ümumiyyətlə, buna etiraz etmək haqqı varmı? Ən problemli məqam isə odur ki, bir çox hallarda servis pulu barədə müştəriyə əvvəlcədən məlumat verilmir. Menyuda qeyd olunmayan bu əlavə məbləğ yalnız hesab masaya gələndə ortaya çıxır. Etiraz ediləndə isə adətən eyni cavab səslənir: "Bizdə qayda belədir".

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Türkiyədə ləğv edilir

Xidmət turizmi ilə ad çıxarmış Türkiyədə hökumət restoran və kafelərdə məcburi servis haqqı tutulmasını qadağan etməyə hazırlaşır. Türkiyənin Ticarət Nazirliyi qida və içki xidmətləri göstərən restoran, kafe, şirniyyat və bənzər müəssisələrin müştərilərdən xidmət, süfrə rüsumları və ya bənzər adlar altında ödəniş tələb etməsinin qarşısını alacaq yeni qayda tətbiq edəcək. Nazirliyin yaydığı məlumata görə, restoran və kafelər müştərilərdən tarif və qiymət cədvəlində göstərilən qiymətlərdən başqa istənilən adla xidmət haqqı və ya hər hansı digər ödənişi yalnız menyuda əvvəlcədən göstərmək şərti ilə tuta bilərlər. Bu zaman bir sual yaranır. Bəs bizdə servis haqqı ilə bağlı hər hansı nizamlama tətbiq edilə bilərmi?

"Ölkənin qonaqpərvərlik imicinə mənfi təsir edir"

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, bu kimi məsələlər ölkəmizin imicinə və turizm sektoruna ciddi təsir edir: "Azərbaycanda da bu məsələnin müzakirəyə çıxarılması vaxtıdır. Çünki hazırkı təcrübədə bəzən hesabın üzərinə əvvəlcədən bildirilməyən 5-15 faiz servis haqqının əlavə olunması həm yerli müştərilərdə, həm də turistlərdə narazılıq yaradır. Bu, ölkənin qonaqpərvərlik imicinə də mənfi təsir edir. Bizim mövqeyimiz odur ki, xidmət haqqı yalnız tam şəffaf, əvvəlcədən göstərilən və istehlakçı tərəfindən aydın şəkildə qəbul olunan formada olmalıdır".

S.Dübəndi bildirdi ki, Azərbaycanda servis haqqı məsələsi xüsusi qanunla tənzimlənmir, lakin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun, "Ticarət, ictimai iaşə və məişət xidmətləri qaydaları", həmçinin Vergi Məcəlləsi bu sahəyə tətbiq olunan əsas hüquqi çərçivəni müəyyən edir: "Bu sənədlər tələb edir ki, ictimai iaşə müəssisələri göstərdikləri xidmətin qiymətini əvvəlcədən, tam və aydın şəkildə müştəriyə təqdim etsin, hər bir ödəniş qəbzdə ayrıca göstərilsin və gizli ödənişə yol verilməsin. Bu normalar servis haqqının ya açıq şəkildə göstərilməsi, ya da ümumiyyətlə ləğv edilməsi üçün hüquqi baza yaradır. Turizm zonalarında isə Dövlət Turizm Agentliyinin normativ aktları vasitəsilə əlavə tələblər - menyuda aydın məlumatlandırma və qiymət şəffaflığı - tətbiq oluna bilər".

İstehlakçı məmnuniyyəti də yüksələcək

Sədrin fikrincə, servis haqqı məsələsi həll olunarsa, xidmət səviyyəsi və istehlakçı məmnuniyyəti də yüksələcək: "Dövlət qurumları, turizm sektoru və sahibkarlar arasında dialoq başlasa, üç əsas istiqamət üzrə optimal model formalaşdıra bilərik. Birincisi, Türkiyə modelinə uyğun servis haqqının ləğvi və xərclərin qiymətə daxil edilməsidir. İkincisi, əgər saxlanılırsa, menyuda, qəbzdə və girişdə açıq göstərilməsi məcburi olmalıdır. Üçüncüsü, paralel olaraq əməkhaqqı və motivasiya sistemlərinin yenilənməsi vacibdir".

"Sahibkar istədiyi qədər servis haqqı təyin edir"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, qanunvericilikdə bu barədə hər hansı müddəalar nəzərdə tutulmadığından sahibkarlar istədikləri kimi özbaşınalıq edə bilirlər: "İstər yerli vətəndaşlar, istərsə də ölkəmizə gələn qonaqlar bundan şikayət edirlər. Vətəndaş şikayət etdikdə də müvafiq orqanlar bildirirlər ki, sahibkarın şəxsi ərazisidir. Vahid qaydalar yoxdur. Sahibkarlar biznes qurumları üçün yaradılmış toxunulmazlıqdan sui-istifadə edirlər. Bu halda da istehlakçıların hüquqlarını pozurlar. Məsələn, əyləncə, müğənni varsa, bunun xərci də müştəridən çıxılır və bu barədə heç bir məlumat verilmir. Qanun da belə halları qadağa etmir. Dövlət tərəfindən tənzimləmə olmadığı üçün hər sahibkar istədiyi qədər servis haqqı təyin edir".

E.Hüseynov da bildirir ki, əgər restoranda servis haqqı varsa, bu, istənilən halda menyuda qeyd edilməlidir. İstehlakçı öncədən bunu bilməlidir: "Menyuda göstərilibsə, vətəndaş da razılaşıbsa, o halda servis haqqından imtina etməyə heç bir hüququ yoxdur. Əgər öncədən menyuda hər hansı bir servis haqqı qeyd edilməyibsə, amma hesabda qeyd olunubsa, bu, istehlakçı hüquqlarının pozulmasıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu kimi məsələlərə nəzarət həyata keçirməlidir. Əgər qanun pozuntusu varsa, cərimələri də yalnız onlar tətbiq edə bilirlər".

Paylaş

Xəbər lenti

Sosial şəbəkədə "arıqlama çayı" satışı ilə bağlı saxtakarlıq: Dövlət qurumu hərəkətə keçdi Bu gün, 19:48 "Uber"dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır Bu gün, 19:48 Pul yığmağın ən asan yolu bu imiş Bu gün, 19:48 ŞƏT-də Qarabağ mesajı: "Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa etdi" Bu gün, 19:48 Ermənistan Hindistandan "Pralay" raketləri alır? - Region üçün yeni TƏHLÜKƏ Bu gün, 19:48 Almaniya Litvaya hərbi qüvvələr göndərir Bu gün, 18:48 Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY Bu gün, 18:48 Deputat: "Mehriban Əliyevanın təşəbbüsü güclü səhiyyə sisteminin formalaşmasına mühüm töhfədir" Bu gün, 18:48 Bakının bu məktəbi tamamilə dəyişir - 624 şagird üçün YENİ BİNA Bu gün, 18:48 Turan Zeynallı: Əməkhaqlarının artırılması ilə səhiyyə işçiləri gələcəyə daha böyük inamla baxacaqlar Bu gün, 18:48 Həkim-pediatr: "İşimizin qiymətləndirildiyini hiss etmək bizə əlavə güc və motivasiya verir" Bu gün, 18:48 Rusiya Kiyev və Odessa yaxınlığına yeni zərbələr endirib Bu gün, 17:48 Bakı və Abşeronda iqlim dəyişir - Bizi nə gözləyir? Bu gün, 17:48 Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb Bu gün, 17:48 "Nizami" metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb Bu gün, 17:48 Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb Bu gün, 17:48 "Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib Bu gün, 17:48 Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib Bu gün, 17:48 Bakının bu küçələri TƏMİRƏ BAĞLANIR Bu gün, 17:48 Odlu silahdan yaralanan çoban öldü Bu gün, 17:48 Xətai rayonunda mənzil bir neçə şəxsə satılıb: Paraatlet şikayətçidir - VİDEO Bu gün, 17:48 Lavrov NATO-ya Arktikadakı fəallığı ilə bağlı xəbərdarlıq edib Bu gün, 16:48 Messi yığma karyerasını başa vurdu – DÇ-2026-dan sonra daha hansı ulduzlar getdi? Bu gün, 16:48 NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər Bu gün, 16:48 Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib Bu gün, 16:48 Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB Bu gün, 15:48 ADY Bakı–Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq edib Bu gün, 15:48 DİN-dən XƏBƏRDARLIQ: "Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın" Bu gün, 15:48 "Azercell" təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir Bu gün, 15:48 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb Bu gün, 15:48 Türkiyə iqtisadiyyatının artımı 2020-ci ildən bəri minimuma düşüb Bu gün, 15:48 Beyni qoruyan hobbilər AÇIQLANDI - demensiya riskini azalda bilər Bu gün, 15:48 Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan – ƏTRAFLI Bu gün, 15:48 İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb Bu gün, 14:48 İlham Əliyev Çinin Baş prokurorunu qəbul edib Bu gün, 14:48 Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli? Bu gün, 14:48 İlham Əliyevdən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə bağlı FƏRMAN Bu gün, 14:48 İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib Bu gün, 14:48 Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı Bu gün, 13:48 Pezeşkianın təyyarəsi təcili eniş edib Bu gün, 13:48 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı Bu gün, 13:48 Polşada ibtidai siniflərdə telefon istifadəsinə qadağa qoyuldu Bu gün, 13:48 Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb öldü Bu gün, 13:48 Qəbələdə 29 yaşlı qadın hovuzda boğularaq ölüb Bu gün, 13:48 Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb Bu gün, 13:48 Anar Bayramov: Daha çox iş görən həkimlər daha çox əməkhaqqı almalıdır Bu gün, 12:48 ANAMA: Ötən il 69,206 ha ərazinin minadan təmizlənməsi ölkə üçün ən yüksək nəticədir Bu gün, 12:48 Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR