
Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında fasilə olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq.
Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək rayon mərkəzində və ona yaxın bəzi məntəqələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.