
Şərur rayonunda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonda avtoqəza nəticəsində minik avtomobili D-159-luq qaz xəttini qırıb.
Təhlükəsizlik səbəbindən Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.
Bərpa işləri yekunlaşan kimi əraziyə təbii qazın verilişi təmin ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.