3-01-2026, 17:48 419

GCSP: Avropa İttifaqı TRIPP layihəsini Bakı-Tbilisi-Ceyhan neft kəməri modeli üzrə dəstəkləyə bilər

TRIPP-in (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasında rəqəmsal transformasiya əsas rol oynayır.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) məqaləsində qeyd olunub.

Bildirilib ki, Avropa Dəmir Yolu Hərəkətinin İdarəetmə Sistemi (ERTMS) üzrə təcrübəsinə əsaslanaraq, Brüssel Ermənistan və Azərbaycanın rəsmi müraciəti əsasında rəqəmsal gömrük və tranzit platformalarının hazırlanması və tətbiqinə dəstək göstərə bilər. Söhbət məlumatların fasiləsiz elektron mübadiləsini, kağızsız sənəd dövriyyəsini və yüklərin real vaxt rejimində izlənilməsini təmin edən sistemlərdən gedir.

Müəllifin fikrincə, standartlaşdırılmış gömrük kodlarının, elektron plomb sistemlərinin və radiotezlik identifikasiyası (RFID) daxil olmaqla intellektual logistika texnologiyalarının tətbiqinə dəstək TRIPP-in əməliyyat sistemlərini TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) və Avropa rəqəmsal standartlarına uyğunlaşdırmağa imkan verər. Bundan əlavə, Ermənistan və Azərbaycanın rəsmi müraciəti şərti ilə Aİ-nin inteqrə olunmuş sərhəd idarəçiliyi üzrə potensialın artırılması proqramları gömrük və sərhəd xidmətlərinin peşəkar səviyyəsini yüksəldə, gecikmələri azalda və marşrut boyunca hüquqi və prosedur uyğunlaşmanı gücləndirə bilər.

GCSP: Avropa İttifaqı TRIPP layihəsini Bakı-Tbilisi-Ceyhan neft kəməri modeli üzrə dəstəkləyə bilər

Məqalədə qeyd olunur ki, paralel olaraq Aİ Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstan arasında texniki koordinasiya platformasının yaradılmasının maliyyələşdirilməsində iştirak edə bilər. Platformanın Aİ və ABŞ-ın həmsədrliyi ilə fəaliyyət göstərməsi də mümkün sayılır. "Belə bir platforma tənzimləmələrin uyğunlaşdırılmasına, texniki standartların sinxronlaşdırılmasına və məlumat mübadiləsinin sadələşdirilməsinə töhfə verə bilər. Transmilli dəhlizlərin idarə olunması üzrə təcrübəsindən istifadə edərək Aİ real vaxt rejimində məlumat mübadiləsi sistemlərinin, rəqəmsal monitorinq panellərinin və yük axınlarının izlənməsi alətlərinin yaradılmasına dəstək göstərə, dar boğazların müəyyənləşdirilməsinə və infrastrukturun texniki xidmətinin əlaqələndirilməsinə kömək edə bilər", - deyə müəllif vurğulayır.

Eyni zamanda Aİ iştirakçı dövlətlərə beynəlxalq nəqliyyat konvensiyalarına və Avropa praktikasına uyğun olaraq hökumətlərarası tranzit sazişlərinin hazırlanması və yenilənməsi prosesində hüquqi məsləhət dəstəyi göstərə bilər. Bundan əlavə, məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləmək üçün qonşu ölkələrdən olan ekspertlərin iştirakı ilə birgə tədqiqat platformasının və ya akademik konsorsiumun yaradılması təklif olunur.

Məqalədə ayrıca mina çirklənməsi probleminə diqqət yetirilir. Bildirilir ki, bu amil bərpa və inkişaf üçün ən ciddi maneələrdən biri olaraq qalır, kənd təsərrüfatı torpaqlarına çıxışı məhdudlaşdırır, tikinti işlərini gecikdirir və Ermənistanla Azərbaycan arasında ticarət marşrutlarını pozur. Bu baxımdan müəllif mina təmizləmə proqramlarının maliyyələşdirilməsinin genişləndirilməsini, o cümlədən mina aşkarlayan dronların, xüsusi texnikanın və avadanlıqların təmin edilməsini, xəritələşdirmə və məlumatların idarə olunması sistemlərinin inkişafını, yerli komandaların hazırlanması və sertifikatlaşdırılmasını təklif edir. Davamlı dəstək mexanizmi kimi "Team Europe" təşəbbüsü çərçivəsində çoxillik maliyyələşdirmə çərçivəsinin yaradılması tövsiyə olunur.

GCSP: Avropa İttifaqı TRIPP layihəsini Bakı-Tbilisi-Ceyhan neft kəməri modeli üzrə dəstəkləyə bilər

Müəllifin fikrincə, Aİ TRIPP layihəsinə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyata keçirilməsində tətbiq edilən strateji baxışla yanaşmalıdır: "1990-cı illərdə Azərbaycanın məhdud maliyyə imkanlarına baxmayaraq, Aİ, ABŞ və beynəlxalq şirkətlərin siyasi dəstəyi və investisiyaları bu layihəni mümkün etdi, ölkənin müstəqilliyini möhkəmləndirdi və Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığı gücləndirdi".

GCSP hesab edir ki, eyni yanaşma bu gün TRIPP üçün də zəruridir. Müəllif hesab edir ki, Aİ və ABŞ tərəfindən davamlı siyasi, texniki və iqtisadi dəstək ticarət və nəqliyyat marşrutlarının şaxələndirilməsinə, regional qarşılıqlı əlaqənin güclənməsinə və Cənubi Qafqazda və Xəzər regionunda gələcək strateji infrastruktur layihələri üçün zəminin formalaşmasına töhfə verə bilər. Bununla yanaşı vurğulanır ki, Aİ-nin rolu ABŞ, Azərbaycan və Ermənistanın açıq razılığı əsasında müəyyənləşdirilməli, yerli məsuliyyəti əvəz etməməli və proses üzərində tam nəzarət Bakı və İrəvanın əlində qalmalıdır.

Paylaş

Xəbər lenti

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib Bu gün, 14:48 Bakıda bu yolda nişan sürücülərin CƏRİMƏLƏNMƏSİNƏ səbəb olur Bu gün, 14:48 "SOCAR Green": BESS Azərbaycanın enerji dəhlizlərinin tərkibinə daxil ediləcək Bu gün, 14:48 Orxan Həsənoğlu: Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları üçün cinayət tərkibli materiallar yoxdur Bu gün, 14:48 Birinci sinfə 124 mindən çox uşaq qəbul olunub Bu gün, 14:48 Alen Simonyan Hikmət Hacıyevlə görüşü və Bakıya səfəri barədə açıqlama verib Bu gün, 14:48 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA Bu gün, 14:48 Bu bağçalar dövlət dəstəyi ilə fəaliyyət göstərəcək - SİYAHI Bu gün, 14:48 İsfəndiyar Axundov həbs edilən iş adamı barəsində danışdı: "Emil Səməndərov savadsız adam idi, aldatdılar" Bu gün, 14:48 Rusiya XİN: Minaların təmizlənməsi münaqişə zonalarının bərpası üçün zəruri şərtdir Bu gün, 13:48 Aygün Kazımovanın kişi fanatları izdiham yaratdı Bu gün, 13:48 Bu il indiyədək neçə şagird yerdəyişmə edib? - RƏSMİ Bu gün, 13:48 İbrahim Tatlısesin son görüntüsü pərəstişkarlarını narahat etdi Bu gün, 13:48 Ərindən borc istəyən qadın döyülüb Bu gün, 13:48 Bəşər Əsədin gizli nüvə fəaliyyəti üzə çıxdı - 73 ton uran tapıldı Bu gün, 13:48 Əhməd Davudoğluna qarşı istintaq başladılıb Bu gün, 13:48 Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib Bu gün, 12:48 Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib Bu gün, 12:48 Bakıda avqust ayı normadan 2 dərəcə isti keçib Bu gün, 12:48 Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı Bu gün, 12:48 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs verildi Bu gün, 12:48 Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb Bu gün, 12:48 Keyt Firon: Səmərəli minatəmizləmə fəaliyyətinin əsasında milli məsuliyyət dayanır Bu gün, 12:48 Sabah 33 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Alkoqolun xərçəngə səbəb olması ilə bağlı YENİ ARAŞDIRMA Bu gün, 12:48 Nepalda torpaq sürüşməsində ölənlərin sayı 1 252-yə çatıb Bu gün, 11:48 Putin biznes üçün bürokratik maneələrin aradan qaldırılmasını tələb edib Bu gün, 11:48 Kuyundziç: Aİ Azərbaycanın minatəmizləməyə dair yanaşmasını dəstəkləyir Bu gün, 11:48 Şarja-Bakı reysi ilə gələn sərnişinlərdən 654,9 karat brilyant qaş aşkarlanıb Bu gün, 11:48 Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin Bu gün, 11:48 Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib Bu gün, 11:48 Elçin Əmirbəyov: "Ərazimizin 13 faizindən çoxu minalar və partlamamış hərbi sursatlarla çirklənib" Bu gün, 11:48 İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik edib Bu gün, 11:48 Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb Bu gün, 11:48 Müəllimlərin NƏZƏRİNƏ - Təkrar sertifikasiyasının müsahibə mərhələsi başladı Bu gün, 11:48 İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib Bu gün, 11:48 MİDA-dan ev alacağını vəd edib tanışlarından 8 min manat alan şəxs cəzalandırılıb Bu gün, 11:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb Bu gün, 11:48 Elçin Əmirbəyov: "Mina təhlükəsi ilə mübarizə sülhün davamlılığına qoyulan sərmayə kimi qəbul edilməlidir" Bu gün, 11:48 Çində 4,4 maqnitudalı zəlzələ olub Bu gün, 10:48 3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq əməliyyatla bərpa edilib Bu gün, 10:48 Bakıda yük maşını işıq dirəyinə çırpılıb Bu gün, 10:48 Beyləqanda 55 yaşlı kişinin meyiti həyətində tapıldı Bu gün, 10:48 FHN SOCAR obyektində yanğın-taktiki təlim keçirib Bu gün, 10:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb Bu gün, 10:48 Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək Bu gün, 10:48 Bakıda məktəblər dezinfeksiya edilir Bu gün, 10:48 UEFA "Fənərbağça" və iki futbolçu ilə bağlı araşdırmaya başlayıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR