
İranda baş verən son etiraz aksiyaları zamanı ölkənin Konstitusiya Mühafizəçiləri Şurasının müşahidəçisi öldürülüb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Mühafizəçiləri Şurasının rəsmi nümayəndəsi Hadi Tahan Nazif şuranın mətbuat konfransında çıxışı zamanı məlumat verib.
Hadi Tahan Nazif müşahidəçinin Qəzvin şəhərində həlak olduğunu bildirib və onun ailəsinə başsağlığı verib.
O, həmçinin son iğtişaşları pisləyərək bu hadisələrdə gizli qüvvələrin əlinin olduğunu iddia edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.