
Sumqayıt şəhərində gecə saatlarında naməlum şəxs iki mağazadan oğurluq edib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, o, əməlini ört-basdır etmək üçün mağazaların birindən kamera görüntülərini də oğurlayıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı A.Xəlilov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.