21-01-2026, 10:48 174

İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.

AVESTA.AZ həmin görüşdən hazırlanan materialı təqdim edir.

Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğuladılar.

Qeyd olundu ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edildiyi bildirildi.

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam: Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.

Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk.

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel: Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik.

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki: Düşünürəm ki, sülh və sabitlik çox zəruridir. Fikrimcə, baxışlarınız və rəhbərlik keyfiyyətləriniz çox yüksək dəyərləndirilir. Münsiflər heyətinin üzvü kimi Sizi təbrik etmək istəyirəm və görüşümüzdə iştirak etmək üçün razılıq verdiyinizə, bütün dünyaya və region xalqlarına sülhün və cəsarətin nədən ibarət olduğunu göstərdiyinizə görə minnətdaram. Qeyd etdiyiniz kimi, son vaxtlara qədər qətl və qan tökülməsi müşahidə olunurdu. Lakin indi irəliyə doğru getmək, sülhü və sabitliyi bərqərar etmək cəsarətini nümayiş etdirdiniz. Zati-aliləri, təbrik edirəm.

x x x

Xoş sözlərə və dəvətə, həmçinin regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin yüksək qiymətləndirilməsinə görə münsiflər heyətinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdiyini vurğuladı.

Sülhün regional sabitlik və firavanlıq baxımından önəminə toxunan Prezident İlham Əliyev dedi ki, işğal zamanı xalqımızın üzləşdiyi əziyyətlərə, verdiyi qurbanlara baxmayaraq, Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib. Prezident İlham Əliyev sülh razılaşmasının məhz Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunduğunu və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev: "Sizin də düzgün qeyd etdiyiniz kimi, sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək. Yaxın keçmişə nəzər salsaq, bizim məsələmizin bir növ nadir olduğunu görərik. Yaxın keçmiş deyərkən, son onilliyi nəzərdə tuturam. Son qanlı döyüşlərdən sülhə gedən yol iki il zaman apardı. Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük".

Dövlətimizin başçısı cəmi beş ildir sülh şəraitində yaşadığımızı qeyd edərək vurğuladı ki, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd etdi, bu məsələdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev: "Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda Siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz".

"Zayed İnsan Qardaşlığı Mükafatı"ndan danışan dövlətimizin başçısı bildirdi ki, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın xatirəsinə dünyada böyük rəğbət bəslənilir. Prezident İlham Əliyev, eyni zamanda, onun xələfi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla qardaşlıq münasibətlərinin olduğunu qeyd etdi. Bu xüsusda dövlətimizin başçısı mükafata layiq görülməsinin onun üçün ikiqat şərəf olduğunu dedi. Prezident İlham Əliyev regionda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlərə göstərdikləri dəstəyə və onun fəaliyyətinə verdikləri qiymətə görə, həmçinin Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxinə və Roma Papasına minnətdarlığını çatdırmağı xahiş etdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Xəbər lenti

Gürcüstanlı jurnalist və bloqerlər Xankəndiyə səfər ediblər Bu gün, 22:48 ABŞ-nin İrana zərbələri: Həlak olan hərbçilərin sayı açıqlandı Bu gün, 22:48 "Sabah" basketbol komandası yoxlama oyununda "London Lions"a məğlub olub Bu gün, 22:48 Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir Bu gün, 22:48 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT Bu gün, 21:48 İŞİD-in tərkibində döyüşən azərbaycanlıya hökm oxunub Bu gün, 21:48 Maşınlar ucuz qiymətə satışa çıxarıldı - "Volkswagen Passat" 5 625 AZN Bu gün, 21:48 "Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək Bu gün, 21:48 "ChatGPT", "Claude" və "Grok"un işində problemlər yaşanır Bu gün, 20:48 Bakıda güclü yanğın - Sakinlər qatı dumandan narahatdır Bu gün, 20:48 Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb Bu gün, 20:48 Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı Bu gün, 20:48 Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb Bu gün, 20:48 Tramp: ABŞ qeyri-məhdud sursat ehtiyatlarına malikdir Bu gün, 20:48 Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub Bu gün, 19:48 İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub Bu gün, 19:48 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib Bu gün, 19:48 Sabah 44 yaşayış məntəqəsində işıq olmayacaq Bu gün, 19:48 Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK Bu gün, 19:48 Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub Bu gün, 18:48 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək Bu gün, 18:48 Ağcabədidə nöqsanlar aşkarlanan pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 18:48 ING: Azərbaycan CIS-4 ölkələri arasında ən dayanıqlı makroiqtisadi nəticələr göstərir Bu gün, 18:48 Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDILAR - Polisdən daha bir uğurlu əməliyyat Bu gün, 18:48 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ Bu gün, 18:48 Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər Bu gün, 18:48 Maştağada qızı qaçıran gənc polis maşınını görüb qaçarkən qəza törətdi Bu gün, 17:48 Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında Bu gün, 17:48 ABŞ-da 104 illik market şəbəkəsi 60 mağazanı bağlayır Bu gün, 17:48 İranda ABŞ-nin hücumu nəticəsində 6 hərbçi öldürülüb Bu gün, 17:48 Hakim vətəndaşın evini əlindən alır? - "10 gün vaxt verib ki, buranı boşaldın" Bu gün, 17:48 Trablusda neft çənlərinə PUA ilə hücum edildi Bu gün, 17:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib Bu gün, 17:48 Vahid məktəbli kitabçası niyə yoxdur? "Valideynlərə də zərərdir, bizə də, tullayırıq" Bu gün, 17:48 Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub Bu gün, 16:48 Həyat yoldaşını avtomobildən düşürən sürücüyə "qab yuma" tapşırığı verildi Bu gün, 16:48 Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır Bu gün, 16:48 Bişkekdə qapalı qapılar arxasında Putinlə Paşinyan arasında nə baş verdi? Bu gün, 16:48 Avqustda 70 aptekdə yoxlama aparılıb – 19-da nöqsan aşkarlanıb Bu gün, 16:48 76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər Bu gün, 16:48 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ Bu gün, 16:48 Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi Bu gün, 16:48 Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI Bu gün, 16:48 Kadi 3 oyunluq cəzalandırılıb - SƏBƏB Bu gün, 16:48 Qobustanda İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutulub Bu gün, 15:48 "Formula 1"ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək Bu gün, 15:48 Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü Bu gün, 15:48 Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR