26-01-2026, 12:48 221

2025-ci ildə Azercell-in dəstəyi ilə fəaliyyət göstərən

Qadınların təhlükəsizliyi, hüquqlarının qorunması və sosial rifahının gücləndirilməsi istiqamətində Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti"nə olan müraciətlərin sayı son bir il ərzində əhəmiyyətli dərəcədə artıb.

2024-cü ildə xidmətə 1623 müraciət daxil olduğu halda, 2025-ci ildə bu göstərici 4000-ə yaxın olub. Təxminən 2,5 dəfəlik artım qadınların mövcud dəstək vasitələrinə etimadının gücləndiyini əks etdirir.

Statistikaya əsasən, müraciətlərin əksəriyyəti psixoloji dəstək, zorakılıq halları və hüquqi yardımla bağlı olub. Belə ki, il ərzində qeydə alınan müraciətlərin 1105-i psixoloji dəstəyə, 655-i zorakılıq halları üzrə daxil olub. Zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 101 müraciət qeydə alınıb ki, bu da həmin istiqamət üzrə artımı əks etdirir. Eyni zamanda 583 müraciət hüquqi yardıma, 336 boşanma prosesində yaranan çətinliklərə, 267 sosial və maddi rifah məsələlərinə, 257 sığınacaqla təmin olunma, 207 isə təhsil mövzularına aid olub.

Bununla yanaşı, insan alveri ilə bağlı 77 müraciət qeydə alınıb. Bu müraciətlər əsasən evdən qaçma, diləndirilmə, erkən nikah və əməyin istismarı halları ilə bağlı olub. Səhiyyə hüquqları ilə əlaqədar isə 47 müraciət daxil olub.

Müraciətlərin təhlili göstərir ki, qadınlar fiziki, psixoloji, cinsi zorakılıq və etinasızlıq kimi müxtəlif zorakılıq növləri ilə üzləşirlər. Bir sıra hallarda müraciətçilər yalnız bir zorakılıq növü ilə qarşılaşsa da, əksər müraciətlərdə bir neçə zorakılıq formasının paralel şəkildə müşahidə olunduğu müəyyən edilib. Bu kontekstdə intiharla bağlı 32 müraciətin qeydə alınması qadınların kompleks və çoxşaxəli dəstəyə ehtiyac duyduğunu açıq şəkildə göstərir.

Bunları nəzərə alaraq 2025-ci il ərzində qadınlara dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı "Oflayn qadınlar" sosial layihəsi də həyata keçirilib. Azercell 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin "Narıncı Gün" təşəbbüsü çərçivəsində "Ümidli Gələcək" İctimai Birliyi ilə əməkdaşlıqda bu təşəbbüsü təqdim edib.

Layihənin əsas məqsədi qadınlara qarşı zorakılıq probleminə ictimai diqqəti artırmaq, eyni zamanda çətin həyat şəraitində yaşayan və mövcud dəstək resursları barədə kifayət qədər məlumatı olmayan qadınlar üçün əlçatan və təhlükəsiz müraciət imkanları yaratmaqdır.

Bu çərçivədə istifadəyə verilən oflaynqadinlar.az platforması zorakılıq, psixoloji, iqtisadi və digər hallar zamanı Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və etibarlı məlumat təqdim edir. Platforma qadınlara öz hüquqları haqqında məlumat almaq, videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar barədə dolğun informasiya əldə etmək imkanı yaradır.

2025-ci il ərzində həyata keçirilən təşəbbüslər çərçivəsində "Qadınlara Dəstək Xətti" broşürü Meksikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ispan dilinə tərcümə olunaraq təqdim edilib.

Qeyd edək ki, Azercell-in təşəbbüsü ilə yaradılan "Qadın Dəstək Xətti" 2022–2025-ci illər ərzində ümumilikdə 12 000-çox müraciət qəbul edib.

"Qadın Dəstək Xətti" Azercell və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir. Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi Azercell-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindən biri olaraq qalır.

Paylaş

Xəbər lenti

Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ Bu gün, 19:48 Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub Bu gün, 19:48 Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər Bu gün, 19:48 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb Bu gün, 19:48 Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən YENİ AÇIQLAMA Bu gün, 19:48 Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bu gün, 19:48 Fərid Şəfiyevə üç müavin təyin edildi Bu gün, 18:48 Paytaxt sakinlərinin tıxac kabusu: Məktəblər açılır, yollar necə olacaq? Bu gün, 18:48 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb Bu gün, 18:48 Müsəlman ölkələrindən olan diplomatlar Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar Bu gün, 18:48 Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstləri ilə tanış olub Bu gün, 18:48 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var Bu gün, 18:48 ABŞ senatorları OpenAI-dan süni intellekt modelləri ilə bağlı məlumat tələb edib Bu gün, 18:48 Səkkiz ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlandı - Ciddi artım Bu gün, 18:48 Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar Bu gün, 17:48 Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb Bu gün, 17:48 Hərəkət iflic olur, sürücülər gərginləşirlər: Tıxacın həlli bu dəyişikliklərdədir? Bu gün, 17:48 "Elmlər Akademiyası"ndan "Həzi Aslanov"a ekspres marşrut fəaliyyətə başlayır Bu gün, 17:48 Nazir mərhum prokurorun general oğluna vəzifə verdi Bu gün, 17:48 Fərid Şəfiyev BMTMM sədri təyin edilib - SƏRƏNCAM Bu gün, 17:48 Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində müzakirə keçirilib Bu gün, 17:48 Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı? Bu gün, 16:48 Bakıda yağış sularının yaratdığı problemlər necə həll olunacaq? – AÇIQLAMA Bu gün, 16:48 Bakıda ərini öldürüb həyətdə basdıran qadına hökm oxunub Bu gün, 16:48 Terrorçuluğu maliyyələşdirən iki nəfərə hökm oxundu Bu gün, 16:48 Ekrem İmamoğluna hökm oxundu Bu gün, 16:48 Dördüncü İqlim Həftəsi başa çatıb Bu gün, 16:48 Slovakiya sentyabrda Azərbaycanla qaz tədarükü üzrə danışıqlara başlayacaq Bu gün, 16:48 İqtisadi Şuranın iclası keçirildi: Taleh Kazımovun məruzələri dinlənildi Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün hava PİS KEÇƏCƏK Bu gün, 16:48 11 sentyabr terror aktı ilə bağlı yeni şahid ortaya çıxıb Bu gün, 15:48 Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar Bu gün, 15:48 Türk dövlətləri arasında TÜRKPOL yaradılır Bu gün, 15:48 Tıxacdan çıxmaq istəyərkən əks istiqamətə keçib tıxacı daha da artırdılar Bu gün, 15:48 NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib Bu gün, 15:48 Yeni tədris ilində 48 məktəb distant təhsilə keçəcək Bu gün, 15:48 "Ağıllı su şəbəkələri" tətbiq olunacaq Bu gün, 15:48 "Bank Respublika" "Access Bank"ı alır Bu gün, 15:48 Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar Bu gün, 15:48 Ananın qolları olmayan körpədən imtina səbəbi: Vətəndaşlardan sərt reaksiya Bu gün, 15:48 Naxçıvanda 250 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 15:48 Qəbizlikdən əziyyət çəkənlər üçün faydalı içkilər açıqlanıb Bu gün, 14:48 Dərsliklərdəki problemlər parlamentdə müzakirə olunacaq - Nazir deputata nə deyib? Bu gün, 14:48 Rövşən Nəcəf: "Azərbaycanla Türkiyənin enerji tərəfdaşlığı strateji tərəfdaşlığın mühüm hissəsidir" Bu gün, 14:48 Xankəndidə yaşayan əhalinin sayı açıqlandı Bu gün, 14:48 Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb Bu gün, 14:48 Bank soyğunu cəmi bir neçə dəqiqə çəkdi: İşçilərin üzünə bibər tozu atdı Bu gün, 14:48 Nazir: "Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub" Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR