
Bakının Nizami rayonunda 29 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“AVESTA.AZ”un məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.
1993-cü il təvəllüdlü Ağabalayev Coşqun Fəxrəddin oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.