5-03-2026, 16:48 161

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

-Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat "Kalaşnikov"la, "Molotov" kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.

Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi.

Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər.

Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək.

Paylaş

Xəbər lenti

Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur Bu gün, 00:48 Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır Dünən, 23:48 "Euronews" Azərbaycan və İran liderlərinin səmimi dialoqunu nadir an adlandırıb Dünən, 23:48 306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək? Dünən, 23:48 Paşinyan Putinlə dialoqu davam etdirmək üçün Moskvaya gedəcək Dünən, 23:48 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır" Dünən, 23:48 İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb Dünən, 23:48 "Haber Global" Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib Dünən, 22:48 Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib Dünən, 22:48 Qalibaf Vaşinqtona MEYDAN OXUDU: "İran güc yolu ilə ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur edəcək" Dünən, 22:48 SEPAH İranın raket hücumu barədə məlumat yayıb Dünən, 22:48 Evdəki bəzi qoxular stressi azaltmağa kömək edə bilər Dünən, 22:48 Kaya Kallas: "Aİ və NATO Avropa ordularındakı çatışmazlıqların aradan qaldırılması üçün ekspert qrupu yaradacaqlar" Dünən, 21:48 CENTCOM Hörmüz boğazında SEPAH-ın obyektlərinə hücum edib Dünən, 21:48 Məsud Pezeşkian: "Azərbaycan Prezidenti ilə görüşüm çox konstruktiv keçdi" Dünən, 21:48 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli olub Dünən, 21:48 Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilə bağlı VİDEOİCMAL Dünən, 21:48 Bu ərazidə uşaq musiqi məktəbi əsaslı TƏMİR EDİLƏCƏK Dünən, 20:48 Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ Dünən, 20:48 Baku TV-dən 4 milyardlıq rekord! Dünən, 20:48 Bakıda 46 küçədə təmir işləri yekunlaşdırılıb Dünən, 20:48 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub Dünən, 20:48 Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub Dünən, 20:48 Maaşlarda artım olacaq? - AQC sədrindən VACİB AÇIQLAMA Dünən, 20:48 Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər Dünən, 20:48 Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib Dünən, 19:48 İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır Dünən, 19:48 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb Dünən, 19:48 MİDA-da yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 Müğənnini öldürən qızı, həm də onun pullarını oğurlayırmış Dünən, 19:48 Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib Dünən, 19:48 ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib Dünən, 19:48 Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib Dünən, 18:48 Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə iştirakından yeni görüntülər Dünən, 18:48 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib Dünən, 18:48 İlham Əliyev Narendra Modi ilə görüşü barədə paylaşım edib Dünən, 18:48 Yasamal sakinləri qorxu içində: Dəhşət saçan problemi kim həll etməlidir? Dünən, 18:48 Məsud Pezeşkian İlham Əliyevlə Azərbaycan dilində danışdı: İranda müzakirələr yarandı Dünən, 18:48 Babək prospektində maşın yanıb Dünən, 17:48 Balakən gömrüyündə 232 min manatlıq gizli mallar üzə çıxdı Dünən, 17:48 İlber Ortaylının qızı atasına aid əşyaların "WhatsApp" qrupunda satılmasından danışdı Dünən, 17:48 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı Dünən, 17:48 Damla: "Sənətə gələndə bir ananın ögey övladı kimi təkləndim" Dünən, 17:48 Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı Dünən, 17:48 Azərbaycanlı aktrisa: "İstanbullu gəlin idim, oldum istanbullu turist..." Dünən, 17:48 Övladı bağçaya gedən valideynlərə nazirlikdən VACİB MÜRACİƏT Dünən, 17:48 Bakı buxtası neft ləkələrindən təmizlənəcək – 1,77 milyon manat ayrılır Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR