15-03-2026, 16:48 205

Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?

Hazırda Azərbaycan cəmiyyətində boşanmadan sonrakı ən ciddi problemlərdən biri alimentlərin ödənilməməsidir. Bu problem yalnız şəxsi münasibətlərin bitməsi deyil, həm də qadın və uşağın sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərir. Məhkəmələr aliment ödəmək barədə qərar çıxarsa da, qarşı tərəf bəzən ödənişdən boyun qaçırır və tətbiq olunan cəza mexanizmləri də hər zaman nəticə vermir. Ədliyyə nazirinin müavini Toğrul Hüseynovun açıqlamasına görə, 2025-ci ildə Azərbaycanda aliment ödəməyən 2 344 nəfər həbs edilib. Həmin il icraatda 141 min aliment işi olub. Borclulardan 4 299-u haqqında inzibati xəta üzrə protokol tərtib olunub, 3 083 nəfər məhkəmələr tərəfindən inzibati tənbeh alıb. Nəticə göstərir ki, həbs, yaxud inzibati cəza çıxış yolu deyil. Bəs çıxış yolu nədir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?

Aliment ödəyən əgər maaş almırsa...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin əməkdaşı Tural Hüseynzadə bildirib ki, aliment yalnız tərəflər arasında qarşılıqlı razılaşma olmadığı halda məhkəmə qərarı ilə ödənilir: "Alimentlə bağlı məhkəmə qərarı qüvvəyə mindikdən sonra, borclu tərəf ödənişi həyata keçirmirsə, ilkin olaraq icra məmuru xəbərdarlıq edir. Bu xəbərdarlıq bir ay ərzində verilir. Əgər borc bu müddət ərzində ödənilməzsə, şikayət olunur və borcluya yenidən xəbərdarlıq edilir. Xəbərdarlığa baxmayaraq, aliment yenə də ödənilmirsə, icra məmuru borclunun maaşına yönləndirmə edə bilər, yəni ödəniş avtomatik olaraq maaşından tutulur. Əgər maaşı yoxdursa, digər gəlirləri və ya əmlakı varsa, aliment həmin gəlirlərdən və əmlakdan tutulur. Buna baxmayaraq, aliment ödənməzsə, borclu İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə cərimələnə bilər. Fiziki şəxslər üçün cərimə məbləği 500-1 000 manat arasında dəyişir".

Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?

"Bir tikə çörəyiniz varsa, yarısını uşağa verməlisiniz"

Mütəxəssis bildirir ki, cərimələr adətən rəsmi iş yeri olmayan və kifayət qədər gəliri olan şəxslərə tətbiq edilir: "Aliment ödəməli olan şəxs aşağı maaşı alsa da, hətta əlilliyi olsa belə, qanunla müəyyən olunmuş hissəni mütləq uşağa verməlidir. Bu, onun borcudur, çünki böyüyün hüququ ilə uşağın hüququ kəsişdikdə, uşağın mənafeyi üstün tutulur. Yəni borclu tərəf bir tikə çörək əldə edə bilirsə, həmin çörəyin müəyyən hissəsini aliment kimi uşağa verməlidir. Aliment ödəmək iqtidarında olan, amma qərəzli şəkildə icra məmurunun tələblərini yerinə yetirməyən şəxs məsuliyyətə cəlb olunur".

Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?

"Bəhanələr ən böyük problemdir"

Qurum rəsmisi bildirir ki, alimenti ödəyə bilməyənlər, buna imkanı olmayanlar əslində çox deyil. Problem odur ki, boşananların əksəriyyəti alimenti qəsdən ödəmək istəmir: "Borcluların bəziləri düşünür ki, ödədiyi pul keçmiş həyat yoldaşı tərəfindən istifadə olunacaq. Alimenti ödəyən valideyn pulun bir hissəsini uşağın bank hesabına köçürə və 18 yaşdan sonra uşaq tərəfindən istifadə olunmasını təmin edə bilər. Həmçinin alimenti ödəyən tərəf valideyndən alimentin uşağa necə xərcləndiyi barədə hesabat tələb edə bilər. Müraciətlərin çoxunda görünür ki, borclu tərəfin gəlirləri var, lakin rəsmi iş yeri olmadığından aliment məbləği maaşdan avtomatik tutulmur. Borclunun ödəmək imkanları olmasına baxmayaraq, qəsdən boyun qaçırması və bəhanələr gətirməsi ən böyük problemdir. Bu zaman qanunun sərt tədbirləri ön plana çıxır".

Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?

"Uşağın sosial təminatı davamlı olmalıdır"

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, dövlət cəza tədbirlərini görür, borclu məsuliyyətə cəlb edilir, nəticədə alimentini ödəmir. Mütəxəssis vurğulayır ki, bunun həll yollarını, beynəlxalq təcrübədə müsbət nümunələri araşdırırlar: "Məsələn, bəzi ölkələrdə borclu cəzaçəkmə müəssisəsinə göndərildikdə, onun cəza müddətində aliment dövlət tərəfindən ödənilir. Daha sonra müəssisədən çıxanda, dövlət onu məcburi əməyə cəlb etməklə, ödədiyi məbləği borcludan alır. Yaxud vətəndaş aliment öhdəliyini ödəyə bilmədikdə və ya boyun qaçırdıqda, ödənişi müvafiq dövlət fondu həyata keçirir. Bu halda vətəndaş artıq şəxsə deyil, dövlətə borclu olur. Borclu şəxs bunu ödəmədikdə, notarial əməliyyatlar və digər hüquqi hərəkətlər zamanı məhdudiyyətlərlə üzləşir. Azərbaycanda isə borclunun məsuliyyətdən boyun qaçırması ilə bağlı inzibati və cinayət tərkibli cəzalar nəzərdə tutulsa da, yenə də Ailə Məcəlləsi göstərir ki, uşağın sosial təminatı davamlı olmalıdır. Yəni uşağa aliment ödəmək iqtidarında olan valideyn onu verə bilmir və ya boyun qaçırırsa, bu, uşağın problemi deyil. Dövlət nəzarətini gücləndirməlidir ki, uşaqların aliment hüququ davamlı qorunsun".

Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?

"Aliment ödəyiciləri faktiki iş yerlərindən ayrılırlar"

Hüquqşünas Şəbnəm Mirələmli deyir ki, aliment məsələsi dövlət nəzarətindədir. Uşağın maraqlarının təmin edilməsi dövlətin əsas prioritetlərindən biri olduğuna görə ər və arvad arasında məhkəmə mübahisəsi davam etdiyi dövrdə də uşağa aliment ödənilməsi ilə bağlı Ailə Məcəlləsində müvafiq imkanlar mövcuddur. Təcrübədə tərəflər arasında məhkəmə mübahisələri adətən 3-4 ay müddətində davam edir. Bu müddət ərzində uşağın maraqları həm maddi, həm də prosessual hüquq normaları ilə qorunur. Alimentin tutulmasına dair məhkəmə qərarları dərhal icra olunmalıdır. Aliment ödəyicisi tərəfindən alimentin ödənilməsi qərəzli şəkildə gecikdirildikdə və ya ümumiyyətlə ödənilmədikdə, cərimə və ya bir ayadək müddətə inzibati həbs tətbiq edə bilər".

Hüquqşünas bildirir ki, təcrübədə aliment ödəyiciləri faktiki iş yerlərindən ayrılaraq uydurma əmək müqaviləsi bağlayırlar: "Bunun nəticəsində qanunla müəyyən edilmiş qaydada əməkhaqqından tutulmalı olan məbləğ uydurma əmək müqaviləsində göstərilən daha aşağı əməkhaqqı əsasında hesablanır. Bu isə aliment öhdəliyinin faktiki daha az məbləğdə icra olunmasına səbəb olur. Lakin qeyd edilməlidir ki, belə hallara təcrübədə nisbətən az, təxminən hər on işdən birində rast gəlinir".

Paylaş

Xəbər lenti

Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur Bu gün, 00:48 Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır Dünən, 23:48 "Euronews" Azərbaycan və İran liderlərinin səmimi dialoqunu nadir an adlandırıb Dünən, 23:48 306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək? Dünən, 23:48 Paşinyan Putinlə dialoqu davam etdirmək üçün Moskvaya gedəcək Dünən, 23:48 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır" Dünən, 23:48 İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb Dünən, 23:48 "Haber Global" Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib Dünən, 22:48 Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib Dünən, 22:48 Qalibaf Vaşinqtona MEYDAN OXUDU: "İran güc yolu ilə ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur edəcək" Dünən, 22:48 SEPAH İranın raket hücumu barədə məlumat yayıb Dünən, 22:48 Evdəki bəzi qoxular stressi azaltmağa kömək edə bilər Dünən, 22:48 Kaya Kallas: "Aİ və NATO Avropa ordularındakı çatışmazlıqların aradan qaldırılması üçün ekspert qrupu yaradacaqlar" Dünən, 21:48 CENTCOM Hörmüz boğazında SEPAH-ın obyektlərinə hücum edib Dünən, 21:48 Məsud Pezeşkian: "Azərbaycan Prezidenti ilə görüşüm çox konstruktiv keçdi" Dünən, 21:48 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli olub Dünən, 21:48 Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilə bağlı VİDEOİCMAL Dünən, 21:48 Bu ərazidə uşaq musiqi məktəbi əsaslı TƏMİR EDİLƏCƏK Dünən, 20:48 Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ Dünən, 20:48 Baku TV-dən 4 milyardlıq rekord! Dünən, 20:48 Bakıda 46 küçədə təmir işləri yekunlaşdırılıb Dünən, 20:48 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub Dünən, 20:48 Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub Dünən, 20:48 Maaşlarda artım olacaq? - AQC sədrindən VACİB AÇIQLAMA Dünən, 20:48 Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər Dünən, 20:48 Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib Dünən, 19:48 İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır Dünən, 19:48 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb Dünən, 19:48 MİDA-da yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 Müğənnini öldürən qızı, həm də onun pullarını oğurlayırmış Dünən, 19:48 Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib Dünən, 19:48 ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib Dünən, 19:48 Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib Dünən, 18:48 Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə iştirakından yeni görüntülər Dünən, 18:48 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib Dünən, 18:48 İlham Əliyev Narendra Modi ilə görüşü barədə paylaşım edib Dünən, 18:48 Yasamal sakinləri qorxu içində: Dəhşət saçan problemi kim həll etməlidir? Dünən, 18:48 Məsud Pezeşkian İlham Əliyevlə Azərbaycan dilində danışdı: İranda müzakirələr yarandı Dünən, 18:48 Babək prospektində maşın yanıb Dünən, 17:48 Balakən gömrüyündə 232 min manatlıq gizli mallar üzə çıxdı Dünən, 17:48 İlber Ortaylının qızı atasına aid əşyaların "WhatsApp" qrupunda satılmasından danışdı Dünən, 17:48 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı Dünən, 17:48 Damla: "Sənətə gələndə bir ananın ögey övladı kimi təkləndim" Dünən, 17:48 Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı Dünən, 17:48 Azərbaycanlı aktrisa: "İstanbullu gəlin idim, oldum istanbullu turist..." Dünən, 17:48 Övladı bağçaya gedən valideynlərə nazirlikdən VACİB MÜRACİƏT Dünən, 17:48 Bakı buxtası neft ləkələrindən təmizlənəcək – 1,77 milyon manat ayrılır Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR