
İranın qadınlardan ibarət milli futbol komandasının üzvləri, o cümlədən Avstraliyada sığınacaq müraciətini geri götürən bir neçə oyunçu İrana gəlir.
BAKU.WS "AFP"yə istinadən xəbər verir ki, onlar Avstraliyanı tərk edərək Oman və Kuala Lumpur vasitəsilə Türkiyəyə gəliblər.
Futbolçulardan biri bazar ertəsi günü Kuala Lumpur hava limanında "Ailəm üçün darıxıram" - deyə bildirib.
İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf "X"də paylaşım edərək futbolçuların və onların dəstək komandasının vətənin övladları olduğunu və İran xalqının onları dəstəklədiyini bildirib.
O, komandanın geri qayıtmaqla düşmənlərini məyus etdiklərini və İran əleyhinə elementlərin aldatma və hədə-qorxularına təslim olmadıqlarını söyləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.