22-12-2022, 13:45 744

Premyer Liqanın 2 klubu avrokuboklarda iştirak üçün müraciət etməyib

Premyer Liqanın 2 klubu 2023/2024 mövsümündə avrokuboklarda iştirak üçün AFFA-ya müraciət etməyib.

Bu barədə “AVESTA.AZ”a AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

O bildirib ki, elitada mübarizə aparan 10 klub növbəti mövsüm Premyer Liqada iştirak üçün müraciət etsə də, avrokuboklarla bağlı heç də hamısı müsbət rəy bildirməyib: “Klubların əksəriyyəti avrokuboklar üçün müraciət edib. Konkret adlarını deməyim düzgün çıxmaz. Çünki bu, idman nəticələrinə təsir edə bilər”.

Elçin Məmmədov
Elçin Məmmədov

Məmmədov əlavə edib ki, 2023/2024 mövsümündən etibarən elitada iştirak üçün meyarların sayı 5-dən 6-ya çatdırılıb: “Buna qədər idman, infrastruktur, kadr inzibati, hüquq və maliyyə meyarlarına əsasən qərarlar verilirdi. UEFA növbəti mövsümdən etibarən yeni meyar tətbiq edib. Bu da futbolda sosial məsuliyyət meyarıdır. Klublar bu sahədə də hansı işləri görəcəklərini göstərməlidirlər. İlk növbədə strategiya yazılmalıdır, irqçiliyə qarşı hansı tədbirlər gördüklərini, fiziki məhdudiyyəti olan şəxslərin futbolda iştirakını necə təmin etdiklərini, ətraf mühitin qorunması yönündə nə kimi işlər apardıqlarını bildirməlidirlər”.

Lisenziyalaşdırma qrupunun rəhbəri Premyer Liqaya qatılmaq üçün müraciət edən I Divizion klublarında treninqlərə başladıqlarını söyləyib: “Region klublarına yerlərdə treninqlər keçiririk. Bakıdakı klublar isə AFFA-ya gəlirlər. Klublarla görüşürük, sənədləri müzakirə edirik. Sənədlərin təqdim olunması üçün son tarix 2023-cü ilin fevralıdır. Ondan sonra sənədləri araşdıracaq, yerlərdə yoxlalamarı aparacağıq. Yekun rəyimizi mayda komissiyaya təqdim edəcəyik”.

Qeyd edək ki, I Diviziondakı 6 klubun hamısı - “Araz Naxçıvan”, “Zaqatala”, “Mingəçevir”, “Qaradağ Lökbatan”, MOİK və “İmişli” növbəti mövsüm Premyer Liqada iştirak üçün müraciət edib.

Paylaş

Xəbər lenti

Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək Bu gün, 14:48 Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı Bu gün, 14:48 SOCAR-ın idarəsi 7 ayda qeyri-neft ixracından 176 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 14:48 Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Nigar Fərhad sərbəst buraxıldı Bu gün, 14:48 Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu Bu gün, 14:48 Gəncədə 64 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir Bu gün, 14:48 Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə yazdı Bu gün, 14:48 Qida allergiyası: Əlamətləri tanımaq həyati əhəmiyyət daşıyır Bu gün, 14:48 Bakıda yeni stansiyaların inşası digər tikililərə mənfi təsir edə bilər? - RƏSMİ Bu gün, 14:48 Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın Bu gün, 13:48 Norveç kralı V Harald vəfat etdi Bu gün, 13:48 Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi Bu gün, 13:48 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu Bu gün, 13:48 Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq Bu gün, 13:48 Azərbaycanda 1 milyon 100 min pensiyaçı var Bu gün, 13:48 Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 13:48 Taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək Bu gün, 13:48 ADY: Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb Bu gün, 12:48 Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək Bu gün, 12:48 Şükürbəyli və Horovluya qayıdan ailələrə evlərin açarları təqdim edilib Bu gün, 12:48 Bakıdakı bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinə görə xəbərdarlıq edilib Bu gün, 12:48 Bakıda bu rayonda 4 bina sökülə bilər - ÜNVANLAR Bu gün, 12:48 XİN: Ballıqayadakı insanlıq əleyhinə cinayətlərə hüquqi qiymət verilməlidir Bu gün, 11:48 Tokayev Qazaxıstan hökumətini istefaya göndərib Bu gün, 11:48 Pomidor döyüşü festivalından RƏNGARƏNG GÖRÜNTÜLƏR Bu gün, 11:48 Xırdalan istiqamətində metro stansiyası açılacaq? - RƏSMİ CAVAB Bu gün, 11:48 Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib Bu gün, 11:48 Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı Bu gün, 11:48 Ramanada kamera quraşdıran 36 yaşlı kişi ölüb Bu gün, 11:48 Azərbaycan və Özbəkistan innovativ maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib Bu gün, 11:48 Xalq artistindən diqqətçəkən görüntülər: Kameralar qarşısında nə baş verdi? Bu gün, 11:48 AAYDA: Xocavənddə iki kəndin giriş yolları tikilir Bu gün, 11:48 Bakıda məşhur xəstəxananın təcili yardım şöbəsi TƏMİR OLUNACAQ Bu gün, 11:48 Nazirlikdən kirayə ev axtaran tələbələrə müraciət: Bu ifadələrə inanmayın Bu gün, 10:48 Azərbaycanın beş cüdoçusu "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır Bu gün, 10:48 Bəzi rayonlara leysan yağıb, güclü külək əsir Bu gün, 10:48 Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb Bu gün, 10:48 İnvestisiya Nazirliyi: SOCAR Özbəkistanda 2 milyard dollarlıq layihədə iştirak edir Bu gün, 10:48 "Sabah" Çempionlar Liqasından nə qədər qazanacaq? - MƏBLƏĞLƏR Bu gün, 10:48 Gürcüstanda qatar gecikirsə, sərnişinə pul ödənilir – Azərbaycanda necədir? Bu gün, 10:48 Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib Bu gün, 10:48 "Azərişıq" Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparır Bu gün, 10:48 Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq Bu gün, 10:48 Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı Bu gün, 10:48 Azərbaycanda vəzifəli şəxs qardaşının evində qəfil öldü Bu gün, 09:48 Bakıda yaşayış kompleksində ikinci qapının açılması üçün binanın əsas divarı dağıdıldı Bu gün, 09:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatdı Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR