24-12-2022, 13:59 594

Nazir: “Azərbaycan və Özbəkistan vahid inkişaf məqsədlərinə nail olunmasına səy göstərirlər” - YENİLƏNİB

Azərbaycan və Özbəkistan beynəlxalq arenada səmərəli əməkdaşlıq edir, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi dialoqun şaxələndirilməsinə və vahid inkişaf məqsədlərinə nail olunmasına səy göstərirlər.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşü zamanı bildirilib.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün imkanlar qeyd olunub. Vurğulanıb ki, uğurla inkişaf edən iqtisadi-ticarət, investisiya qoyuluşu sahəsində əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli səfərlər, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir.

Məlumata görə, tərəfdaşlığın dərinləşməsində Birgə Hökumətlərarası Komissiya da əlverişli platformadır. Bildirilib ki, işgüzar əlaqələrin inkişafı ikitərəfli əməkdaşlıqda mühüm rol oynayır. Bu kontekstdə Özbəkistana ixrac missiyasının təşkili, investisiya “rodşousu” tədbiri və birinci regionlararası forumun keçirilməsi iş adamları arasında əlaqələrin güclənməsinə, yeni birgə layihələrin icrasına stimul verəcək. İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət genişlənir.

İqtisadiyyat naziri həmçinin qeyd edib ki, sənaye, nəqliyyat, energetika, ticarət, kənd təsərrüfatı sahələrində əməkdaşlıq potensialının reallaşdırılması üçün müvafiq tədbirlər görülür. 

Görüşdə işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırmaq imkanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının tranzit potensialı barədə də məlumat verilib, Özbəkistan şirkətləri ölkəmizdəki əlverişi biznes mühitindən yararlanmağa dəvət olunub.

Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev Özbəkistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb, aparılan müzakirələrin regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında önəmini qeyd edib.

Tərəflər ölkələrimiz arasında dostluq və çoxşaxəli əməkdaşlığın iqtisadi-ticarət əlaqələrimizin inkişafı üçün yaratdığı imkanların reallaşdırılması və investisiyaların təşviqi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, ölkəmizdə səfərdə olan Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Özbəkistan nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini yad edib

13.36

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşım edib.

“Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə ölkələrimiz arasında dostluq və çoxşaxəli əməkdaşlığın iqtisadi-ticarət əlaqələrimizin inkişafı üçün yaratdığı imkanlar və investisiyaların təşviqi barədə müzakirələr apardıq. Azərbaycan və Özbəkistanın dövlət başçıları arasında razılaşmanın nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək”, - deyə nazir qeyd edib.

Paylaş

Xəbər lenti

Azərbaycan fındıqdan sərvət qazandı - İnanılmaz rəqəmlər Bu gün, 13:48 "Haber Global": "15-18 min nəfərlik hərbi qrup 24 saatdan az müddətdə təslim olmağa məcbur edildi" Bu gün, 13:48 Səbinə Əliyeva: Erməni əsilli məhbusların hüquqlarının pozulması ilə bağlı xəbərlər qərəzli siyasi məqsəd daşıyır Bu gün, 13:48 Prezidentin köməkçisi Pəncəli Teymurovun ailəsinin toy məclisinə qatıldı - Qol qaldırıb oynadı Bu gün, 13:48 AKTA regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlığını qiymətləndirib Bu gün, 13:48 "Bəy Mamed" hasarladığı həyəti istirahət parkına çevirir Bu gün, 13:48 Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb Bu gün, 12:48 Elxan Şahinoğlu: "İşğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə hər il milyardlarla manat vəsait ayrılır" Bu gün, 12:48 Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir? - Bu səhvləri etməyin Bu gün, 12:48 Göyçə gölünün üzərində tornado - ANBAAN VİDEO Bu gün, 12:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib Bu gün, 12:48 Xankəndi bayrama hazırlaşır Bu gün, 12:48 Şimşək çaxıb, dolu düşəcək - Bazar gününün havası Bu gün, 12:48 Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı Bu gün, 11:48 Vətən yolunda əbədiləşən ömür Bu gün, 11:48 Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi Bu gün, 11:48 Yamal finaldakı qələbə qolunda öz payını açıqlayıb Bu gün, 11:48 Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır Bu gün, 11:48 DİQQƏT! - Bakıda 5 avtobusun yolu dəyişdirildi Bu gün, 11:48 Pakistanın Kohat şəhərində terror: ölənlərin sayı 31-ə çatdı Bu gün, 10:48 Zahid Oruc: "Prezident İlham Əliyevin müharibə liderliyi həmişə öyrəniləcək" Bu gün, 10:48 DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib Bu gün, 10:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir Bu gün, 10:48 Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu - 17 yaşlı oğlu saxlanıldı Bu gün, 10:48 Məşhur türkiyəli atıcı Yusuf Dikeç yeni işə başlayıb Bu gün, 10:48 Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb Bu gün, 09:48 Misli Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı Bu gün, 09:48 Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib Bu gün, 09:48 Qaxda ağır qəza: Yaralılar var Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək Bu gün, 09:48 Azərbaycanda daha 90 məktəbdə təmayül tədris modeli tətbiq olunacaq Bu gün, 00:48 "Atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq" - Keçmiş Bakıdan xatirələr Bu gün, 00:48 Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür Bu gün, 00:48 SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib Dünən, 23:48 Yardımlıda yanğın: Alovlar iki hektar ərazini bürüdü Dünən, 23:48 Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı Dünən, 23:48 Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür Dünən, 23:48 Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır Dünən, 23:48 Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar Dünən, 23:48 Qəza baş verdi, avtomobildə sıxılı vəziyyətdə qaldı Dünən, 22:48 Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib Dünən, 22:48 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır Dünən, 22:48 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? Dünən, 22:48 Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib Dünən, 22:48 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb Dünən, 21:48 SOCAR neftçiləri təbrik edib Dünən, 21:48 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib Dünən, 21:48 "Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Bizi qarşıda çətin oyunlar gözləyir" Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR