12-05-2026, 16:48 334

Həkim açıqladı: İnək südü kimlər üçün zərərli ola bilər?

İnək südü laktoza dözümsüzlüyü olmayan insanlar üçün sağlamlığa zərər vermir.

AVESTA.AZ xəbər verir ki, bu barədə "Gazeta.ru"ya rudiyalı həkim-nutrioloq Yekaterina Guzman danışıb.

Mütəxəssisin sözlərinə görə, süd özü olduqca faydalı məhsuldur, lakin hər insan orqanizmi onu eyni şəkildə qəbul etmir. Südə qarşı dözümsüzlüyün ən yayılmış səbəbi isə laktozanı - yəni süd şəkərini parçalamağa cavabdeh olan laktaza fermentinin çatışmazlığıdır.

"Laktoza kifayət qədər parçalanmadıqda yoğun bağırsağa keçir və köp, qarında qurultu, spazmatik ağrılar və ishal kimi əlamətlər yaradır", - deyə Yekaterina Guzman bildirib.

Həkim qeyd edib ki, laktaza çatışmazlığının bir neçə növü mövcuddur:

genetik səbəblərlə bağlı ilkin forma;

bağırsaq problemlərindən sonra yaranan ikinci dərəcəli forma;

doğuşdan mövcud olan nadir anadangəlmə forma.

Onun sözlərinə görə, böyüklərdə ən çox rast gəlinən forma yaş artdıqca laktaza aktivliyinin azalması ilə bağlıdır və bu, xəstəlik deyil, fizioloji proses sayılır.

İkinci dərəcəli laktoza dözümsüzlüyü isə rotavirus kimi bağırsaq infeksiyaları, çölyakiya, bağırsaq iltihabları və ya əməliyyatlardan sonra yarana bilər. Bu hal əksər vaxt müvəqqəti olur və bağırsaq bərpa olunduqdan sonra keçir.

Nutrioloq vurğulayıb ki, laktoza dözümsüzlüyü olan insanlara süd məhsullarından tam imtina etmək mütləq deyil. Onun sözlərinə görə, bir çox insan az miqdarda laktozanı problemsiz qəbul edə bilir.

Bu miqdar təxminən bir stəkan südə bərabərdir və yeməklə birlikdə qəbul edildikdə daha rahat həzm oluna bilər.

Yekaterina Guzman həmçinin qatıq, kefir, kəsmik, uzun müddətli hazırlanma prosesi keçmiş pendirlər kimi laktozası daha az olan məhsulların seçilməsini tövsiyə edib.

Həkimin sözlərinə görə, məhsulun yağlılığı artdıqca tərkibindəki laktoza miqdarı adətən azalır. Buna görə qaymaq, kərə yağı və pendirlər süddən daha az laktoza ehtiva edir.

Mütəxəssis əlavə edib ki, ehtiyac olduqda aşağı laktozalı və ya laktozasız məhsullardan, həmçinin həkim məsləhəti ilə laktaza preparatlarından istifadə etmək mümkündür.

O bildirib ki, xüsusilə uşaqlarda bağırsaq infeksiyalarından sonra müvəqqəti laktoza dözümsüzlüyü yarana bilər. Belə hallarda bir müddət adi südün məhdudlaşdırılması və laktozasız alternativlərdən istifadə tövsiyə olunur. Adi süd məhsulları isə bağırsaq bərpa olduqca tədricən yenidən rasiona əlavə edilməlidir.

Sonda Yekaterina Guzman qeyd edib ki, soya, yulaf və badam əsaslı bitki içkiləri müəyyən hallarda alternativ kimi istifadə oluna bilər. Lakin onlar qida dəyərinə görə südü tam əvəz etmir və şəkərsiz, kalsium və D vitamini ilə zənginləşdirilmiş variantlara üstünlük verilməlidir.

Paylaş

Xəbər lenti

10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? Bu gün, 00:48 Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu Dünən, 23:48 Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur Dünən, 23:48 Kaşuk aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim" Dünən, 23:48 Dünyanın ən böyük ərzaq ixracatçıları - SİYAHI Dünən, 23:48 Rusiya və Ukraynadan əsir mübadiləsi ilə bağlı razılıq Dünən, 22:48 Piyada keçidini zəbt etdilər, maneələri də sındırdılar Dünən, 22:48 "Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib Dünən, 22:48 Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar Dünən, 22:48 Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır Dünən, 22:48 "JEK"lərin dövlətə xeyli borcu yaranıb - SƏBƏB Dünən, 21:48 Xəzər suitisi, çay guşəsi və interaktiv xəritə: COP31-də Azərbaycan pavilyonunda nələr var? Dünən, 21:48 Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər Dünən, 21:48 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu Dünən, 21:48 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur Dünən, 20:48 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı Dünən, 20:48 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb Dünən, 20:48 "Turan" klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb Dünən, 20:48 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi Dünən, 20:48 İlham Əliyev və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx Dünən, 20:48 Makron Paşinyanla görüşdü: Fransa-Ermənistan əlaqələri müzakirə olundu Dünən, 20:48 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır? Dünən, 19:48 Natiq Şirinovun üçüncü nəvəsi oldu Dünən, 19:48 Prezident İlham Əliyev Türkiyəyə səfər edib Dünən, 19:48 Artan ana ölümləri ilə bağlı ekspertdən çağırış: "Ciddi araşdırılmalıdır" Dünən, 19:48 İraqdan İran millisinə qadağa: Təyyarənin enişinə icazə verilmədi Dünən, 19:48 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı Dünən, 18:48 Cevdet Yılmaz: "Ərdoğanla Əliyevin görüşü yayılan dezinformasiyalara ən yaxşı cavab oldu" Dünən, 18:48 Pezeşkian niyə Pişəvəriyə bənzədilir? Dünən, 18:48 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək Dünən, 18:48 Bunu edənlər 10 min manatadək CƏRİMƏLƏNƏCƏK Dünən, 17:48 Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb Dünən, 17:48 Sabiq məmur doğum günündə vəfat etdi Dünən, 17:48 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası Dünən, 17:48 Övlad evdən qaçır, valideyn səbəbi anlamır: Uşaqları ailədən nə uzaqlaşdırır? Dünən, 17:48 Bakıda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb Dünən, 16:48 Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: "Geri çəkilməyəcəyəm" Dünən, 16:48 Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar Dünən, 16:48 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ Dünən, 16:48 Balaca rəssamın böyük hədəfləri: Rzanın rəngli dünyasında nələr var? Dünən, 16:48 Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki danışıqlarında fasilə elan edilib Dünən, 15:48 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Dünən, 15:48 Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı Dünən, 15:48 Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı Dünən, 15:48 Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ Dünən, 15:48 COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib Dünən, 15:48 Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib Dünən, 14:48 Aygün Kazımova Eminemlə duet oxuyacaq? Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR