
Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ-ın üçtərəfli danışıqları fasilə üçün dayandırılıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə danışıqlar qrupundakı mənbə bildirib.
Onun məlumatına görə, danışıqlar prosesi bir saat yarımlıq işdən sonra dayandırılıb.
Danışıqların nə vaxt bərpa olunacağı barədə hələ ki, məlumat daxil olmayıb.
***12:40
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Görüşdə Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Rusiya nümayəndə heyətinə isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Danışıqların noyabrın 11-də başa çatacağı gözlənilir.
Qeyd edək ki, buna qədər Əbu-Dabidə Ukrayna nümayəndə heyətinin ABŞ və Avropa İttifaqı (Aİ) təmsilçiləri ilə koordinasiya görüşü olub. Görüş Rusiya ilə planlaşdırılan üçtərəfli danışıqlardan əvvəl keçirilib.
Görüşdə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın, eləcə də NATO və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər. ABŞ tərəfini isə xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner təmsil edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.