
ABŞ Prezidenti Donald Tramp Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Deyna Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif edib. Lakin UFC rəhbəri bu təklifdən imtina edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Ağ Evin brifinq zalında Donald Trampın iştirakı ilə keçirilən mətbuat konfransı zamanı bəlli olub.
Jurnalistlərlə görüşün sonunda ABŞ dövlət başçısı Uayta müraciət edərək zarafatla soruşub: "Amerika Birləşmiş Ştatlarının mətbuat katibi olmaq istəyərdin?"
UFC rəhbəri isə təklifi nəzakətlə geri çevirərək siyasətdən uzaq durmaq istədiyini bildirib: "Dəvətə görə çox sağ olun, cənab Prezident. Lakin siyasətə qatılmaq niyyətim yoxdur".
Deyna Uaytın bu cavabından sonra Tramp zarafatla "Eşitdiklərimdən şoka düşdüm. Hər kəsə təşəkkürlər!" deyərək mətbuat konfransını yekunlaşdırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.