
Noyabrın 7-də Günəşdə bir sutka ərzində 29 partlayış qeydə alınıb. Bu göstərici XXI əsrdə müşahidə olunan rekordun təkrarlanması deməkdir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın açıqlamasında bildirilir ki, NOAA-nın beynəlxalq kataloquna əsasən, 2000-ci ildən bəri bir gün ərzində 29 Günəş partlayışı yalnız iki dəfə - 2022-ci il mayın 5-də və 2024-cü il dekabrın 10-da qeydə alınıb.
Laboratoriyanın diqqətə çatdırdığı digər maraqlı məqam isə bütün partlayışların hazırda Günəş diskinin mərkəzində yerləşən 4566 nömrəli eyni günəş ləkələri qrupunda baş verməsidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.