Bu gün, 17:48 46

GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib

"Green Energy Corridor Power Company" (GECO) şirkəti Aİ-nin Enerji üzrə Trans-Avropa Şəbəkələri (TEN-E) Qaydalarına uyğun olaraq "Yaşıl enerji dəhlizi" (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə qarşılıqlı maraqlı layihə (Project of Mutual Interest) statusunun verilməsi məqsədilə Avropa Komissiyasına rəsmi qaydada müraciət edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Yaşıl enerji dəhlizi" layihəsi Xəzər regionunun bərpa olunan mənbələrindən əldə edilən elektrik enerjisinin Avropanın enerji bazarlarına çatdırılması üçün yeni nəqliyyat marşrutu formalaşdıracaq. Marşrut Qara dənizin dibi ilə çəkilmiş yüksək gərginlikli sabit cərəyan kabeli (HVDC), həmçinin müvafiq yerüstü infrastruktur vasitəsilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək.

"PMI statusunun verilməsi layihənin Avropa İttifaqı və onun tərəfdaşları üçün strateji əhəmiyyətinin təsdiqi olacaq. Bundan başqa, bu, Aİ-nin dəstək mexanizmlərinə çıxış imkanı yaradacaq, icazə prosedurlarını sadələşdirməyə imkan verəcək və layihənin reallaşdırılması mərhələsində investorların etimadını gücləndirəcək", - GECO-dan qeyd ediblər.

Müraciət GECO-nun səhmdarları - "AzərEnerji" şirkəti, Gürcüstanın Dövlət Elektrik Sistemi Operatoru (Georgian State Electrosystem), Rumıniyanın "Transelectrica" və Macarıstanın "MVM" şirkətlərinin fəal əməkdaşlığının nəticəsidir.

"Biz ümumi işə sadiqliklərinə, eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinin, Avropa Komissiyasının və texniki məsləhətçilərimizin daimi dəstəyinə görə tərəfdaşlarımıza minnətdarıq. Hazırda qiymətləndirmə prosesinin növbəti mərhələsini gözləyir, regionun və bütün Avropanın etibarlı, şaxələndirilmiş və karbonsuzlaşdırılmış enerji gələcəyi naminə işi davam etdirmək niyyətindəyik", - bəyanatda vurğulanır.

Qeyd edək ki, təsdiq edilmiş plana əsasən, enerji dəhlizi ümumi gücü 3,9 QVt olan çoxterminallı yüksək gərginlikli sabit cərəyan ötürmə sistemindən (HVDC) ibarət olacaq və hər birinin gücü 1,3 QVt olan üç xətti əhatə edəcək. Hər bir xətt üçün Qara dənizdən keçən sualtı kabelin uzunluğu təxminən 1 124 km, kabelin çəkilmə dərinliyi isə 2 200 metr təşkil edəcək. Enerji körpüsünün marşrutu Bakıdan başlayaraq Gürcüstan ərazisindən keçməklə Anakliya və Poti rayonlarında quruya çıxışa malik olacaq, həmçinin Tbilisi və Tskaltubodan keçəcək, daha sonra Konstansa və Buxarest vasitəsilə Rumıniyadan keçərək Macarıstanın Albertirsa qovşağına qədər uzanacaq.

Layihə mərhələli şəkildə həyata keçiriləcək. 1,3 QVt gücündə olan birinci xəttin 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılıb. Bu xətt hər il 8 TVt/saata qədər bərpa olunan elektrik enerjisini ixrac etməyə imkan verəcək. Elektrik enerjisinin Buxarestdə qəbulunu nəzərdə tutan ikinci xətt 2036-cı ildə, Konstansada qəbulu həyata keçirəcək üçüncü xətt isə 2040-cı ildə fəaliyyətə başlamalıdır.

2040-cı ilə qədər Xəzər regionundan Avropa İttifaqına bərpa olunan enerjinin illik tədarükü 20 TVt/saata çatmalıdır.

Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükü üzrə "Yaşıl enerji dəhlizi" (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə ümumi investisiyalar təxminən 22,1 milyard avro məbləğində qiymətləndirilir ki, bunun da 14,3 milyard avrosu ötürücü infrastrukturun yaradılması üçün tələb olunacaq.

Paylaş

Xəbər lenti

İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Bu gün, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Bu gün, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Bu gün, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Bu gün, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Bu gün, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Bu gün, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Bu gün, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Bu gün, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Bu gün, 15:48 Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır Bu gün, 15:48 Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 15:48 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 15:48 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi Bu gün, 15:48 COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Bu gün, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Bu gün, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Bu gün, 14:48 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi Bu gün, 14:48 Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir Bu gün, 14:48 Hökməli sakinləri 15 ildən çoxdur yolsuzluqdan əziyyət çəkir – Kanalizasiya sistemi də yoxdur Bu gün, 14:48 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü Bu gün, 13:48 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı Bu gün, 13:48 İlham Əliyev Zəfər Günündə qəhrəmanlarımızı türkiyəli həmkarına təqdim edib Bu gün, 13:48 Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib Bu gün, 13:48 Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur Bu gün, 13:48 166 nömrəli avtobuslardan şikayət var – "Sanki motosikletdə gedirik" Bu gün, 12:48 Bakıda avtobus ağaca çırpılması nəticəsində xəsarət alan olmayıb Bu gün, 12:48 Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq Bu gün, 11:48 "Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb Bu gün, 11:48 Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir Bu gün, 11:48 İstanbul və Ankara bayrağımızla bəzəndi Bu gün, 11:48 İlham Əliyev Kamboca Kralını təbrik edib Bu gün, 11:48 Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər Bu gün, 11:48 Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb Bu gün, 10:48 Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb Bu gün, 10:48 Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava Bu gün, 10:48 Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb Bu gün, 09:48 "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib Bu gün, 09:48 Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında Bu gün, 09:48 Şuşaya bayraq sancan polkovnik unuda bilmədiyi anları danışdı Bu gün, 09:48 Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 09:48 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb Bu gün, 09:48 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 08:48 9 Noyabr – Dövlət Bayrağı Günüdür Bu gün, 00:48 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir Dünən, 23:48 Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub Dünən, 23:48 SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edib Dünən, 23:48 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR