Bu gün, 17:48 58

Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir

Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu COP31-də Azərbaycan pavilyonunda təşkil olunan "Geniş miqyasda su təhlükəsizliyi - Su prioritetlərindən maliyyələşdirilə bilən, iqlimə davamlı infrastruktura doğru" başlıqlı sessiyada Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.

Onun sözlərinə görə, su resurslarının əhəmiyyətli bir hissəsi sərhədlərimizdən kənarda formalaşır, bu da transsərhəd əməkdaşlığı həyati dərəcədə vacib edir:

"Bakı və Abşeron yarımadası da şirin su təchizatında yarımadadan kənar mənbələrdən asılıdır. Buna görə də bu təchizat mənbələrinin diversifikasiya olunması bizim uzunmüddətli davamlılığımızın mərkəzində dayanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram infrastruktur investisiyalarını sudan daha səmərəli istifadə və alternativ təchizat mənbələri ilə əlaqələndirir".

M.Babayev qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində "ACWA Power" şirkəti ilə birlikdə həyata keçirilən Xəzər dənizinin suyunun zərərsizləşdirilməsi (duzsuzlaşdırılması) layihəsi bu yanaşmanı praktiki olaraq reallaşdırır:

"Layihənin planlaşdırılan gücü gündə 300 000 kubmetr içməli su təşkil edir. Bu layihə Bakı və Abşeron üçün əlavə su mənbəyi təmin edərək mövcud şirin su ehtiyatlarından asılılığı azaldacaqdır. Bu layihə beynəlxalq əməkdaşlığın milli uyğunlaşma prioritetini necə dəstəkləyə biləcəyini nümayiş etdirir.

Dövlət ictimai tələbatı müəyyən edir, özəl investisiyalar və təcrübə isə bu infrastrukturu istifadəyə verməyə kömək edir. Əsas məqsəd aydın olaraq qalmalıdır: əhali üçün etibarlı və əlçatan su təminatı.

COP29-da biz iqlim maliyyələşdirilməsini beynəlxalq fəaliyyətin mərkəzinə gətirmək üçün çalışdıq. Su təhlükəsizliyi həmin maliyyənin nəyə yönəldilməli olduğunu göstərir: su qıtlığı həyati əhəmiyyətli xidmətləri və iqtisadi fəaliyyəti təhdid etməzdən əvvəl investisiya qoyuluşu.

Mən burada iştirak edən hökumətləri, biznes nümayəndələrini və maliyyə institutlarını bu təcrübənin su qıtlığı ilə üzləşən digər ölkələrdə oxşar layihələrin maliyyələşdirilməsinə necə dəstək ola biləcəyini nəzərdən keçirməyə dəvət edirəm. Milli prioritetlərin həyata keçirilməsi üçün onların maliyyələşdirilməsinə və icrasına kömək etməyə hazır olan tərəfdaşlara ehtiyac var.

Bizim məqsədimiz dəyişən iqlimin təzyiqlərinə tab gətirə biləcək etibarlı su təchizatını təmin etməkdir".

Paylaş

Xəbər lenti

İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Bu gün, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Bu gün, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Bu gün, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Bu gün, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Bu gün, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Bu gün, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Bu gün, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Bu gün, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Bu gün, 15:48 Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır Bu gün, 15:48 Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 15:48 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 15:48 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi Bu gün, 15:48 COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Bu gün, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Bu gün, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Bu gün, 14:48 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi Bu gün, 14:48 Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir Bu gün, 14:48 Hökməli sakinləri 15 ildən çoxdur yolsuzluqdan əziyyət çəkir – Kanalizasiya sistemi də yoxdur Bu gün, 14:48 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü Bu gün, 13:48 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı Bu gün, 13:48 İlham Əliyev Zəfər Günündə qəhrəmanlarımızı türkiyəli həmkarına təqdim edib Bu gün, 13:48 Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib Bu gün, 13:48 Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur Bu gün, 13:48 166 nömrəli avtobuslardan şikayət var – "Sanki motosikletdə gedirik" Bu gün, 12:48 Bakıda avtobus ağaca çırpılması nəticəsində xəsarət alan olmayıb Bu gün, 12:48 Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq Bu gün, 11:48 "Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb Bu gün, 11:48 Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir Bu gün, 11:48 İstanbul və Ankara bayrağımızla bəzəndi Bu gün, 11:48 İlham Əliyev Kamboca Kralını təbrik edib Bu gün, 11:48 Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər Bu gün, 11:48 Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb Bu gün, 10:48 Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb Bu gün, 10:48 Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava Bu gün, 10:48 Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb Bu gün, 09:48 "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib Bu gün, 09:48 Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında Bu gün, 09:48 Şuşaya bayraq sancan polkovnik unuda bilmədiyi anları danışdı Bu gün, 09:48 Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 09:48 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb Bu gün, 09:48 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 08:48 9 Noyabr – Dövlət Bayrağı Günüdür Bu gün, 00:48 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir Dünən, 23:48 Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub Dünən, 23:48 SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edib Dünən, 23:48 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR