Bu gün, 14:48 38

Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir

Azərbaycan elektrikləşdirilmənin çətin olduğu iqtisadi sahələrin dekarbonizasiyası məqsədilə mavi və yaşıl hidrogenin genişmiqyaslı istehsalını təşkil etmək niyyətindədir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, ölkənin Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında əks olunub.

Bu sənədə əsasən, Azərbaycan ağır sənaye və energetika sektorunun karbonsuz fəaliyyət modelinə keçidi prosesində hidrogenə mərkəzi rol ayırır. Artıq formalaşmış qaz nəqli infrastrukturu nəzərə alınmaqla ilkin mərhələdə yaranan CO₂ emissiyalarının 85 %-ə qədərini tutub saxlamağa imkan verən karbon qazının tutulması və saxlanması (CCUS) texnologiyalarının tətbiqi ilə metanın buxar reforminqi (SMR) vasitəsilə mavi hidrogen istehsalı ən səmərəli seçimdir. Bərpa olunan mənbələrdən əldə edilən artıq enerjinin gələcəkdə həm enerjitutumlu sahələr tərəfindən daxili istehlaka, həm də perspektivli ixrac istiqamətlərinə yönəlmiş yaşıl hidrogenin elektroliz istehsalında istifadə edilməsi planlaşdırılır.

2022-ci ildə enerji sektoru ölkənin ümumi emissiyalarının təxminən 21 %-ni (14,4 milyon ton CO₂ ekv.) təşkil edib və milli təsərrüfatın genişmiqyaslı şəkildə elektrikləşdirilməsi üçün təməl rolunu oynamalıdır.

Strategiyada qeyd edilir ki, respublikada bərpa olunan enerjinin texniki potensialı quruda 135 QVt-dan, dənizdə 157 QVt-dan çoxdur. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt səviyyəsində (o cümlədən 23 QVt günəş enerjisi, 3 QVt külək enerjisi, dağ çaylarının 520 MVt potensialı və 380 MVt bioenerji potensialı) qiymətləndirilir. Sənəd həmçinin yüksəkgərginlikli elektrik verilişi xətlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsini, yeni yarımstansiyaların inşasını və rəqəmsal idarəetmə sistemlərinin (SCADA, ADMS, GIS) inteqrasiyasını nəzərdə tutur ki, bu da paylayıcı şəbəkələrdə texniki itkilərin 1-2 % azalmasını təmin edəcək. Bərpa olunan enerji istehsalının fasiləli xarakterini kompensasiya etmək və enerji sisteminin dayanıqlığını qorumaq məqsədilə uzunmüddətli enerji saxlanc sistemlərinin (LDES) tətbiqinə başlanılıb. Xüsusilə "AzərEnerji" şirkəti 250 MVt tutumlu enerji saxlama sistemini artıq istismara verib.

Azərbaycan Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birgə hazırladığı Milli Hidrogen Strategiyasına əsasən, karbonun tutulub saxlanması (CCS) texnologiyasının həyat qabiliyyətli olması şərtilə "mavi hidrogen" ölkədə iqtisadi cəhətdən ən səmərəli hidrogen növü olacaq. Onun bir kiloqramının qiyməti 2,87 avro təşkil edəcək ki, bunun da 1,98 avrosu enerji xərcləri, 0,31 avrosu əsaslı xərclər (CAPEX), 0,59 avrosu isə əməliyyat xərcləridir (OPEX).

Eyni zamanda, bərpa olunan enerji mənbələrindən alınan yaşıl hidrogenin istehsalı daha baha başa gəlir. Orta istehsal həcmlərinə malik olan zavod üçün onun qiyməti bir kiloqram üçün 4,02 avro təşkil edəcək (2,52 avro - enerji xərcləri, 1,2 avro - CAPEX, 0,3 avro - OPEX). Lakin istehsal prosesinin optimallaşdırılması nəticəsində qiymət bir kiloqram üçün 3,6 avroya qədər azaldıla bilər (enerji xərcləri - 2,55 avro, CAPEX - 0,84 avro, OPEX - 0,21 avro).

Müqayisə üçün Avropa İttifaqında "yaşıl hidrogen"in orta qiyməti bir kiloqrama görə 5,05 avroya çatır. Onun xərc strukturunda 2,74 avro enerjinin, 1,85 avro əsaslı xərclərin, 0,46 avro isə əməliyyat xərclərinin payına düşür.

Paylaş

Xəbər lenti

COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Bu gün, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Bu gün, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Bu gün, 14:48 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi Bu gün, 14:48 Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir Bu gün, 14:48 Hökməli sakinləri 15 ildən çoxdur yolsuzluqdan əziyyət çəkir – Kanalizasiya sistemi də yoxdur Bu gün, 14:48 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü Bu gün, 13:48 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı Bu gün, 13:48 İlham Əliyev Zəfər Günündə qəhrəmanlarımızı türkiyəli həmkarına təqdim edib Bu gün, 13:48 Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib Bu gün, 13:48 Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur Bu gün, 13:48 166 nömrəli avtobuslardan şikayət var – "Sanki motosikletdə gedirik" Bu gün, 12:48 Bakıda avtobus ağaca çırpılması nəticəsində xəsarət alan olmayıb Bu gün, 12:48 Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq Bu gün, 11:48 "Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb Bu gün, 11:48 Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir Bu gün, 11:48 İstanbul və Ankara bayrağımızla bəzəndi Bu gün, 11:48 İlham Əliyev Kamboca Kralını təbrik edib Bu gün, 11:48 Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər Bu gün, 11:48 Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb Bu gün, 10:48 Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb Bu gün, 10:48 Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava Bu gün, 10:48 Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb Bu gün, 09:48 "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib Bu gün, 09:48 Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında Bu gün, 09:48 Şuşaya bayraq sancan polkovnik unuda bilmədiyi anları danışdı Bu gün, 09:48 Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 09:48 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb Bu gün, 09:48 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 08:48 9 Noyabr – Dövlət Bayrağı Günüdür Bu gün, 00:48 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir Dünən, 23:48 Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub Dünən, 23:48 SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edib Dünən, 23:48 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 23:48 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Dünən, 22:48 Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi: Valideynlər nələri bilməlidir? Dünən, 22:48 "Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb Dünən, 22:48 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" Dünən, 22:48 Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib Dünən, 21:48 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər Dünən, 21:48 Türkiyədə məşhur tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı Dünən, 21:48 Husilər Səudiyyə Ərəbistanında "Saudi Aramco" obyektlərini hədəf aldıqlarını bildiriblər Dünən, 21:48 Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib Dünən, 20:48 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub Dünən, 20:48 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər Dünən, 20:48 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib Dünən, 20:48 Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib Dünən, 20:48 Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR