
Gəncədə motosiklet "BakuBus" sərnişin avtobusu ilə toqquşub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü R.Paşayevin idarə etdiyi motosiklet "BakuBus"a məxsus sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində kuryer işləyən motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.