
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edək ki, buna qədər Əbu-Dabidə Ukrayna nümayəndə heyətinin ABŞ və Avropa İttifaqı (Aİ) təmsilçiləri ilə koordinasiya görüşü olub. Görüş Rusiya ilə planlaşdırılan üçtərəfli danışıqlardan əvvəl keçirilib.
Görüşdə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın, eləcə də NATO və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər. ABŞ tərəfini isə xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner təmsil edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.