Bu gün, 15:48 73

Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı

Azərbaycana qarşı dəfələrlə qərəzli fikirlər səsləndirən Polşanın "TVP World" telekanalı ölkənin antikorrupsiya qurumlarının diqqət mərkəzinə düşüb. Varşava yayımçının redaksiya siyasətini mətbuat azadlığı ilə əsaslandırmağa çalışsa da, telekanalın xarici bölməsinin televiziya proqramlarının istehsalına xərclədiyi çoxmilyonluq vəsaitlərlə bağlı ciddi suallar yaranıb.

AVESTA.AZ "Minval"a istinadən xəbər verir ki, Polşanın Mərkəzi Antikorrupsiya Bürosu televiziya verilişlərinin hazırlanmasının kənar təşkilatlara həvalə edilməsi zamanı ehtimal olunan qanun pozuntuları barədə Varşava Dairə Prokurorluğuna bildiriş göndərib.

Polşa mətbuatının məlumatına görə, "Polşa - innovasiya mərkəzi" proqramı üçün təxminən 2.5 milyon zlotı (təxminən 1.1 milyon manat), "Mədəniyyət şəhərləri" layihəsi üçün isə 2.8 milyon zlotı (təxminən 1.2 milyon manat) xərclənib. Bununla belə, bəzi materiallar "YouTube" platformasında cəmi onlarla və ya yüzlərlə baxış toplayıb. Həmçinin, istehsal prosesinin iştirakçılarının ehtimal edilən şəxsi əlaqələri və sifarişlərin bölüşdürülməsi qaydası da şübhələrə səbəb olub.

Bu maliyyə qalmaqalı fonunda, noyabrın 18-də Polşa İctimai Televiziyasının Proqram Şurası "TVP World" və "Belsat"ın daxil olduğu beynəlxalq media mərkəzinin fəaliyyətini nəzərdən keçirməyi planlaşdırır. Şuranın beş üzvü artıq yayımçını tənqid edərək, onu obyektivlik, dürüstlük və plüralizm prinsiplərini pozmaqda ittiham edib.

Xatırladaq ki, son aylarda "TVP World" telekanalı Azərbaycanla, o cümlədən Vətən müharibəsi və regiondakı sonrakı proseslərlə bağlı mənfi və Bakının qiymətləndirməsinə görə qərəzli materiallar yayımlayıb. İki ölkə arasındakı ənənəvi dostluq münasibətləri fonunda, telekanalın belə bir redaksiya siyasəti yürütməsi Azərbaycan tərəfinin narazılığına səbəb olub.

2026-cı ilin yayında Polşanın səfiri iki dəfə Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona qəti etiraz bildirilib. Varşava isə buna cavab olaraq ictimai yayımçının redaksiya siyasətinin "müstəqilliyi"nə və "mətbuat azadlığı"na istinad edib. İndi isə "TVP World" özü dövlət vəsaitlərinin istifadəsi ilə bağlı araşdırmanın mərkəzinə çevrilib.

Hazırda ehtimal olunan maliyyə pozuntularının yoxlanılması davam edir və onların mövcudluğu hələlik rəsmən təsdiqini tapmayıb.

Paylaş

Xəbər lenti

Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki danışıqlarında fasilə elan edilib Bu gün, 15:48 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Bu gün, 15:48 Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı Bu gün, 15:48 Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı Bu gün, 15:48 Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ Bu gün, 15:48 COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib Bu gün, 15:48 Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib Bu gün, 14:48 Aygün Kazımova Eminemlə duet oxuyacaq? Bu gün, 14:48 Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib Bu gün, 14:48 Dekabr ayında neçə gün iş olmayacaq? Bu gün, 14:48 Sabahın hava ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 14:48 Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb Bu gün, 14:48 Azərbaycan XİN Polşaya başsağlığı verib Bu gün, 13:48 Həsən Həsənov Füzuli aeroportunun əməkdaşı imiş, İmişlidəki qəzada öldü Bu gün, 13:48 Azərbaycanda işsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək Bu gün, 13:48 Azərbaycan aqrar məhsul istehsalını daha 3 il müddətinə ƏDV-dən azad edəcək Bu gün, 13:48 Məktəblərdə 7 gün dərs olmayacaq Bu gün, 12:48 Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib Bu gün, 12:48 Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir? Bu gün, 12:48 İkinci əl avtomobil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 12:48 Şəkiyə 33 sm qar yağıb - FAKTİKİ HAVA Bu gün, 12:48 Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət edib Bu gün, 12:48 SOCAR Əliağada ildə 850 min ton gücündə polietilen istehsalı kompleksi tikəcək Bu gün, 12:48 Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb Bu gün, 12:48 Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb Bu gün, 11:48 Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı" Bu gün, 11:48 Qazaxda yanan avtomobili belə söndürdülər - VİDEO Bu gün, 11:48 ABŞ İranın 9 milyard dollarını qaytarır? - Razılaşmanın ŞƏRTLƏRİ Bu gün, 11:48 Bulvarda ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib Bu gün, 11:48 SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq Bu gün, 11:48 Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir? Bu gün, 10:48 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 10:48 Bakıda məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb - ÖZƏL Bu gün, 10:48 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü Bu gün, 10:48 Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib Bu gün, 09:48 Qubada avtomobil aşıb, ölən və yaralılar var Bu gün, 09:48 UFC rəhbəri Trampın vəzifə təklifini qəbul etməyib Bu gün, 09:48 Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR