17-05-2026, 09:48 316

Bu gün Azərbaycanda WUF13-ə start verilir

Bu gündən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayır.

BAKU.WS xəbər verir ki, tədbir məkanı kimi Bakı Olimpiya Stadionu seçilib.

Mayın 22-dək davam edəcək forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.

Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. 182 ölkədən 40 000 nəfərdən çox iştirakçının qeydiyyatdan keçməsi forum tarixində rekord göstərici kimi qiymətləndirilir. Bu isə tədbirin qlobal miqyasda artan nüfuzunu və Azərbaycana beynəlxalq marağın yüksək olduğunun sübutudur.

Forum çərçivəsində dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri, urbanizasiya, əlçatan yaşayış, rəqəmsal transformasiya və "yaşıl şəhər" modelləri ilə bağlı müzakirələr aparılacaq. WUF13 həm də müxtəlif ölkələrin dövlət rəsmilərini, şəhər rəhbərlərini, beynəlxalq təşkilatları, ekspertləri, investorları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm dialoq platforması olacaq.

Tədbirdə Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri xüsusi diqqət mərkəzində olacaq. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, həmçinin bölgənin "yaşıl enerji zonası"na çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl model kimi beynəlxalq ictimaiyyətə təqdim ediləcək.

WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində artan təcrübəsini və ölkənin qlobal əməkdaşlıq platformalarındakı rolunu bir daha nümayiş etdirəcək. Forumun Bakıda keçirilməsi həm ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi, həm də Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində həyata keçirdiyi siyasətin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək.

Qeyd edək ki, WUF13 forum tarixində ilk dəfə olaraq Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi ilə də fərqlənir. Bu yenilik tədbirin siyasi və strateji əhəmiyyətini daha da artırır.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 123 dollara düşüb Bu gün, 11:48 Mbappe Fransa millisindən ayrıldı Bu gün, 11:48 Axtarışda olan 198 nəfər tutulub Bu gün, 11:48 Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb Bu gün, 11:48 Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri iqtisadi əlaqələri müzakirə edib Bu gün, 11:48 "Formula 2": Con Bennett Bakıdakı ikinci əsas yarışda mübarizəni erkən dayandırıb Bu gün, 11:48 II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib Bu gün, 11:48 Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır" Bu gün, 11:48 Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunur Bu gün, 10:49 Prezident: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür Bu gün, 10:49 Prezident İlham Əliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib Bu gün, 10:48 Prezident: "Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır" Bu gün, 10:48 İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" Bu gün, 10:48 "Global Infrastructure Partners"in təsisçisi: "Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" Bu gün, 10:48 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR Bu gün, 10:48 "Fənərbağça"ya FIFA-dan 3 dövrlük transfer qadağası Bu gün, 10:48 Azərbaycan Prezidenti: "ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" Bu gün, 10:48 Trilyonluq büdcəsi olan şirkətlər Azərbaycandadır Bu gün, 10:48 Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb Bu gün, 09:48 Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir Bu gün, 09:48 Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib Bu gün, 09:48 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib Bu gün, 09:48 Ceyhun Bayramov: Biz hazırda de-fakto sülhə nail olmuşuq Bu gün, 09:48 Qaradağ rayonunda vulkan püskürüb Bu gün, 09:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir Bu gün, 09:48 Azərbaycan Prezidenti: "Ölkəmizdə çox yaxşı investisiya mühiti var" Bu gün, 09:48 İlham Əliyev: Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir Bu gün, 09:48 İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik Bu gün, 09:48 Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var" Bu gün, 09:48 İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq" Bu gün, 09:48 İlham Əliyev: "Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir" Bu gün, 09:48 Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir Bu gün, 09:48 ABŞ-nin müdafiə nəhəngləri Bakıya gəlirlər Bu gün, 00:48 "Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu Bu gün, 00:48 ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib Dünən, 23:48 Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? Dünən, 23:48 BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər Dünən, 23:48 Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır Dünən, 23:48 Bank kartları ilə bağlı VACİB AÇIQLAMA – Müştərilərə xəbərdarlıq Dünən, 22:48 Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Dünən, 22:48 Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal Dünən, 22:48 Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib Dünən, 22:48 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək Dünən, 22:48 "Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib Dünən, 22:48 Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi Dünən, 22:48 Trampın BMT-dəki çıxışı İranda QALMAQAL YARADIB: Heyət zalı tərk edib, bir nəfər qalıb... Dünən, 22:48 Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı Dünən, 21:48 AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR